ArxivXəbər lentiXəbərlər

AXCP sədri 2500 manatlıq cərimə ilə azad edilib

Azərbaycan Respublikası Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli 2500 manat cərimə edildikdən sonra azad edilib.

Fakt-Xəbər saytının məlumatına görə, bu barədə Bakının Səbail rayon məhkəməsi hökm çıxarıb.

Bu məlumata əsasən, həmçinin məhkəmə tərəfindən Əli Kərimlidən əlavə, bu partiyanın həbs olunmuş on üzvü üçün də hökm çıxarılıbdır.

Noyabrın 17-də saat 16 radələrində AXCP-nin 150-ə yaxın üzvü Bakı polisindən icazə almadan “meydan hərəkəti”nin 30-cu ildönümü münasibətilə parlamentin binası qarşısına toplaşıb və Şəhidlər xiyabanında aksiya keçirmək niyyətində olubdur.

Həmin məkanda yerləşən polis qüvvələri bu aksiyanın keçirilməsini əngəlləyiblər. Polis məmurları aksiya iştirakçılarından 52 nəfəri Bakının Səbail rayon polis idarəsinə gətirmişdilər. Sonradan onlardan 41 nəfəri azad edilmişdi. AXCP-nin sədri Əli Kərimli başda olmaqla aksiya iştirakçırından on bir nəfər həbs edilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button