ArxivIslamXəbər lentiXəbərlər

Gürcüstan, Dərbənd və İranda Xocalı faciəsilə bağlı tədbirlər keçirilib

QMİ nümayəndələrinin təşəbbüsü ilə qonşu ölkələrdə tədbirlər keçirilib.

Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasının Dağıstan Respublikasındakı nümayəndəliyi Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar tədbir keçirib. Dərbənddəki “Cümə” məscidində təşkil olunan anım mərasimində Xocalı soyqırımı haqqında məlumat verilib, faciə qurbanlarını anılıb. Çıxışlarda bildirilib ki, erməni ekstremistlərinin 25 il əvvəl Xocalıda törətdiyi vəhşilik əsl soyqırımıdır.

Həmçinin Gürcüstanda fəaliyyət göstərən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanları anılıb. Tədbirdə Qurandan ayələr oxunub. Daha sonra tədbirdə iştirak edənlər çıxış edərək, hər il Xocalı soyqırımı qurbanlarını ehtiramla yad etmək, unutmamaq və Xocalı faciəsinin XX əsrin faciəsi olduğunu, digər millətlər arasında təbliğ etməyin vacibliyini vurğulayıblar. Tədbirdə həmçinin hər il Gürcüstanda “Xocalıya Ədalət” kampaniyası çərçivəsində fevral ayının “Xocalı ayı” elan edildiyi qeyd edilib.

QMİ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev Azərbaycanla Gürcüstanın oxşar taleli bir ölkə olduğunu və hər iki ölkənin 20% torpaqlarının işğal edildiyini bildirib. O, gələn ilin “Xocalı İli” elan edilməsi təklifi ilə çıxış edib.

Qafqaz Müsəlmanları İdarəsinin İran İslam Respublikasındakı nümayəndəliyi də Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib. Tədbir Qurani Kərimin tilavəti ilə başlanıb və ardınca Xocalı soyqırımı haqqında videomaterial nümayiş etdirilib.

Tədbirdə çıxış edən İranlı iştirakçılar Xocalı şəhidlərinin əziz xatirəsini yad edib, Azərbaycan xalqına baş sağlığı veriblər. Sonda Xocalı qurbanlarının ruhuna dualar oxunub və ehsan verilib.

Tədbirdə Qum şəhərində təhsil alan Azərbaycan, İran, Türkiyə, Pakistan, Hindistan və Əfqanıstandan olan tələbələr və İranlı qonaqlar iştirak ediblər.

Gürcüstan, Dərbənd və İranda Xocalı faciəsilə bağlı tədbirlər keçirilib

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button