ArxivXəbər lentiXəbərlər

Zərif Ankaradan İrana qarşı deyilənlərə reaksiya verdi: “Qədir bilməzlər”

Iranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ankaradan İrana qarşı səsləndirilən açıqlamalara münasibət bildirib.
Deyerler.org xəbər verir ki, rəsmi İran qəzetinə danışan Zərif, Münhen Təhlükəsizlik Konfransında Türkiyə, Səudiyyə rejimi və İsrail rejimindən olan rəsmilərin İran haqqında işlətdikləri ifadələrə sərt reaksiya verib: “Biz regiondakı problemlərin həlli üçün əməkdaşlıqdan danışarkən kimlərsə badalaq atır. Badalaq atmaq güclü olanların işi deyil. Regionda uğur əldə edə biməyənlər Trampın siyasətinə istiqamət vermək məqsədilə hay-küy salırlar. İsrail rejimi bunu etsə, başa düşərik. Ancaq qonşularımızın belə bir davranış sərgiləməsini gözləmirdik”.
Zərif daha sonra çıxışını belə davam edib: “Türkiyə hökumətindəki dostlarımız İranı məzhəbçilikdə ittiham edir. Onlar görəsən şiə olmayan hökumətlər üçün çevriliş gecəsi səhərə qədər yuxusuz qaldığımızı heç xatırlamırlar? Sevgi, sayğı edənlərə qarşı qədir bilməzlər”.
İranın xarici işlər naziri Türkiyə və Səudiyyə rejiminin bölgənin fəal iki gücü olmasına baxmayaraq, bölgədəki siyasətlərinin dalana dirəndiyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button