ArxivIslamXəbər lentiXəbərlər

Akif Heydərli: Mövqelər qurumda davamlı iştirakımızı şərtləndirəcək

Ötən gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında müxtəlif siyasi partiyaların, ziyalıların, ictimai fəalların iştirakı ilə müxalifətin “Zirvə toplantısı” adlı dəyirmi masa keçirilib. 

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə baş tutan toplantıda 20-yə yaxın siyasi partiyanın sədri iştirak edib. Tədbirdə Qarabağ münaqişəsinin həlli, siyasi məhbus problemi, ölkədəki mürəkkəb iqtisadi sosial durum, müxalifətdaxili münasibətlər müzakirə edilib.

Toplantıda müzakirə edilən məsələləri FaktXəbər-ə şərh edən AİP-in sədr müavini Akif Heydərli bildirdi ki, son dövrlərdə Azərbaycanda siyasi partiyalıların fəaliyyətində susqunluq, sakitlik hökm sürür:

“Sözsüz ki, bu sakitliyə səbəb ölkənin istimai-siyasi həyatında, qlobal problemlərin həlli istiqamətində, əhalinin sosial vəziyyətində nəzərəçarpacaq irəliləyiş, inkişaf deyil.  Sanki cəmiyyətin dinamik camiəsi olan müxalifət cəbhəsinin ayrı-ayrı dairələrinin buxovlanması, dar çərçivəyə salınması prosesi gedir. Məhz bu susqunluq sindromunu qırmaq və hakimiyyətə müxalif cəbhəsinin fəaliyyətini gücləndirmək üçün yeni strategiyaların, taktiki gedişlərin müzakirə edilərək hər hansı bir proqram çərçivəsində qəbul edilməsinə, bu və ya digər formatda həyata keçirilməsinə məncə böyük ehtiyac duyulurdu.”

Akif Heydərli siyasi müxalifətin bir məcraya gəlməsinə, bir mənzilə toparlaşmasına ehtiyaclı olduqlarını xatırladaraq Dağlıq Qarabağ münaqişəsinin maraqlarımız çərçivəsində həllinə dair müzakirələrdə ölkənin aparıcı siyasi partiya rəhbərlərinin özəl münasibətlərini və bu müzakirələrdə hər hansı konsensusun tapılmasının vacib olduğunu vurğuladı:

“Ötən gün iştirak etdiyimiz toplantıda Dağlıq Qarabağ probleminin həlli istiqamətində müzakirələr aparıldı, mühüm təkliflər irəli sürüldü. Qərara alındı ki, dəyirmi masada iştirak edən partiya sədrlərinin təşəbbüsü ilə müəyyən işçi qrupu yaradılsın və siyasi müxalifət partiyalarının gələcək fəaliyyət istiqamətləri, birgə və kütləvi tədbirlərin formatları, dövrülüyü, mövzu və hədəfləri müəyyənləşərək növbəti toplantılarda proqram haılına salınsın. Ümumən aparılan müzakirələrdə səslənən bir çox tələb və təkliflər tərəfimizdən dəstəkləndi. Hesab edirik ki, torpaqlarımızın işğaldan azad olunması, əhalimizin ağır sosial vəziyyəti, siyasi və vicdan məhbuslarının sayı baxımından insan haqlarının kütləvi pozulması məsələləri, cəmiyyəti ən çox narahat edən hallardır. Sözsüz ki, AİP olaraq hər hansı bir formatda yaranacaq yeni birliyin gələcək müzakirələrdə xalqımızın milli-mənəvi dəyərlərinə, milli maraqlarımıza münasibət və yanaşma baxımından yer alacaq mövqelər qurumda davamlı iştirakımızı şərtləndirəcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button