AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanda keçirilən prezident seçkilərinə ötəri baxış

Azərbaycan Respublikasında 11 apreldə 7-ci prezident seçkiləri keçirildi və ölkənin hal-hazırkı prezidenti İlham Əliyev 86,02 faiz səs çoxluğu ilə seçkilərin qalibi oldu.

Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, bu seçkilərdə İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Milli Məclisin deputatı Zahid Oruc 3,12 faiz, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu 3,03 faiz, Milli Məclisinin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 3,02 faiz, Yeni Musavat Partiyasının sədri Hafiz Hacıyev 1,52 faiz, Milli Məclisinin deputatı  və Sosial Demokrat Partiyasınn sədri Araz Əlizadə 1,38 faiz, Milli Məclisinin deputatı və Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev 1,17 faiz, XCP-nın sədri Razi Nurullayev isə 0,74 faiz və səs toplayıb. MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib.

Azərbaycanda prezident seçkiləri İlham Əliyevin fərmanı ilə vaxtından əvvəl keçirildi. Bu məsələ siyasi müxaliflərin ciddi etirazı ilə qarşılaşdı. Dövlətin siyasi müxalifləri prezident seçkilərinin keçirilməsi prosesinə etiraz olaraq seçkilərdən öncə iki dəfə aksiya keçirdilər. Habelə seçkilərdən sonra da yenidən etiraz aksiyası təşkil etdilər. Dövlət erkən keçirilməsinin səbəbini ölkədə baş tutacaq beynəlxalq konfranslarla əlaqələndirmişdi. Ötən seçkilərdə olduğu kimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan Respublikasında keçirilən prezident seçkiləri barədə hazırladığı raportunda seçkilərdə ciddi pozuntular qeydə alındığını bildirdi. Bu açıqlama Bakı dövlət məsullarını bir daha ATƏT-lə üz-üzə qoydu. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bəyanatını qərəzli adlandıraraq təkid etdi ki, Azərbaycandakı prezident seçkiləri bütün dünya ictimaiyyətinin gözü önündə demokratik və şəffaf şəkildə keçirilib və ən əsası Azərbaycan xalqının iradəsini əks etdirir. Bunu həm seçki öncəsi beynəlxalq və yerli qurumların apardığı sorğuların nəticələri sübut edir. Yalnız bir təşkilatın mənfi rəydə olması, əslində həmin qurumun niyyətindən xəbər verir və bu, Azərbaycan dövləti üçün ciddi əhəmiyyət kəsb etmir.

Əlbəttə, bu mövzunun üstündən asanlıqla keçmək olmaz. Azərbaycan dövləti öz siyasətlərini yeritmək üçün beynəlxalq təşkilatların nümayəndələrinə rüşvət verir. Medialar bunu “kürü diplomatiyası” adlandırırlar. Belə nəzərə gəlir ki, ATƏT nümayəndələri Bakı dövlətinin insan hüquqlarını pozan hərəkətlərinə və bu ölkədə keçirilən qeyri-demokratik seçki proseslərinə göz yummaq üçün Bakının qiymətli hədiyyələrini qəbul etməyiblər.

Azərbaycanda prezident seçkilərində İlham Əliyev və onun rəqibləri arasında elə də rəqabət formalaşmadı. Namizədlərdən 6-sı Yeni Azərbaycan Partiyasının yanında idi, hətta Yeni Musavat Partiyasının rəhbəri Hafiz Hacıyev də səs verdikdən sonra İlham Əliyevə səs verdiyini açıqladı. Təkcə Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Calaloğlu YAP-ın namizədinin qarşısında idi. Lakin onlar da İ. Əliyev üçün ciddi rəqib sayılmırdılar.

Azərbaycanda baş tutan seçkilərdə seçki məsulları tərəfindən bir sıra qeyri-qanuni addımların atılmasına və dövlət müxaliflərini təcrid etmək üçün bütün güc mənbələrindən istifadə edilməsinə baxmayaraq, hal-hazırda Azərbaycan əhalisi dövlət müxaliflərinə səs verməyə meyilli deyildir. Müstəqilliyin ilk illərində siyasi müxaliflərin hakimiyyəti altında topraqlarının 20 faizini itirmiş Azərbaycan xalqı üçün təhlükəsizlik daha çox önəm daşıyır və demokratiyanı İ. Əliyevin ölkənin əmin-amanlıqda saxlamasına qurban verməyə hazırdılar. Digər tərəfdən İ. Əliyev dövləti neft gəlirləri hesabına ölkə iqtisadiyyatında irəliləyiş yarada bilmişdir. 2015-ci ildə neftin ucuzlaşmasına görə bu ölkənin iqtisadiyyatı böhran səmtinə getsə də, yenidən inkişaf yoluna qayıda bildi.

Digər tərəfdən də Rusiya, Türkiyə, ABŞ, Avropa Birliyi ölkələri kimi ölkələr hələlik İ. Əliyevə alternativ görmürlər. Çünki Əliyev nisbi olaraq onların maraqlarını qoruyur.

İran İslam Respublikası üçün isə islamçıların hakimiyyətə gəlməsi daha yaxşı sayılır. Lakin islamçıların hakimiyyət gəlməsi üçün lazım olan güdrətləri olmadığından indiki şəraitdə taktiki olaraq İ. Əliyevi dəstəkləmək daha münasib olar.

Ehtimal olunur ki, İ. Əliyevin yeni prezidentlik dövründə dövlətin siyasi müxalifləri etiraz aksiyaları təşkil etsinlər. Lakin bu aksiyalar geniş xalq kütləsi tərəfindən qarşılanmayacaq. İ. Əliyevin Rusiya ilə münasibətlərində cüzi gərginlik yaranacaq, təhlükəsizlik və enerji sahəsində isə əməkdaşlıq artacaq. Xarici siyasət sahəsində regional və beynəlxalq oyunçularla əməkdaşlıq davam edəcək. İranın xarici siyasəti də Azərbaycanla əməkdaşlıq və yaxınlaşma proses üzrə davam edəcək. Amma bunun mənası iki tərəf arasında məsələlərin həll olması və ya görməməzliyə vurulması olmayacaq. Ona görə də Azərbaycan dövlətindən gözlənti budur ki, İranın milli qüdrətini və geopolitik mövqeini nəzərə almaqla ortaq maraqlar üzərində dayansın, din və mədəniyyət kimi ortaq yaxınlaşma amillərinə diqqət etməklə gərginlik yaradan mənbələri hər iki tərəfin xeyrinə idarə etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button