Arxiv

İntiharlar haqqında

Qarabağ qazisi Zaur Həsənovun özünü yandıraraq intihar etməsindən sonra cəmiyyətdə İlham Əliyev rejiminin zülmlərinə daha dözə bilməyən sadə insanların intihara cəhd etməsi, özünü öldürməsi hallarının artmasını elə mətbuatı izləməklə də görmək olar, hansı ki, bu hadisələrin mində biri mətbuat səhifələrinə düşür.

Cəmiyyətin diqqətinə əsasən bir qədər fəallığı ilə, statusu ilə, geniş əhatə dairəsi olan adamların intiharı haqqında media nələrisə yazır, həqiqət də isə Azərbaycanda hər gün azı 5-10 adam özünü intihar edir, özü də burda coğrafi mövqeyində müəyyən bir rolu var. Məsələn, Kür çayı qırağında yaşayanlar özlərini Kür çayıan ataraq intihar edir, digər bölgələrdə və paytaxtda isə yaşayan vətəndaşlar hündür yerlərdən özünü ataraq, yandıraraq və asaraq intihar edirərək öldürür.

Bütün hallarda azərbaycanlılar hakimiyyətin zülmündən bezərək, əli heç bir yerə çatmadğı üçün, hüquq mühafizə orqanlarında, hakimiyyətin digər orqanlarında və sonra məqamı kimi məhkəmə sistemində ədalətsizliklə qarşılaşdığı üçün özünü intihar edir. Çünki vətəndaş anlayır ki, məhkəmə ən son instansiyadır, ancaq orda da ədaləti bərpa edə bilmədiyi və haqqını təmin edə bilmədiyi üçün intihara əl atır.

Axı məhkəmədən sonra instansiya qalmır, düşünmək olardı ki, yerli məhkəmə instansiyaları bitdikdən sonra Avropa məhkəməsinə üz tutmaq olar, di gəl orda da problemlər var.

Birincisi, Avropa məhkəməsinə müraciət edən vətəndaş bilir ki, orda böyük bir növbə var, onun növbəsi gələnə qədər 7-8 bəzən də 10 il gözləməli olacaq ki, bu müddətə də ədalətin bərpası artıq həmin vətəndaş üçün heç bir önəm daşımır.

10 il həmin adamın başına daha nələr gələcək, onun bu qədər vaxtı varmı kimi suallar hamısı ciddi şərtlərdir.

Əksər adamlar məhkəmədən təcili qərar gözləyir, çünki zaman məhdudiyyəti var, onlar üçün vaxt məhdudiyyəti var, bir iki ay bəlkə gözləyə bilər, ancaq 10 ildən sonra haqqının bərpası artıq heç bir önəm daşımır.

İkincisi, son 3 ildə Avropa məhkəmələri də azərbaycanlıları məyus edir, ordakı hakimlərin çıxartdığı qərarların gec çıxması bir yana hələ bir vətəndaşın haqqını da bərpa etmir və ya tam bərpa etmir.

Elə olur ki, vətəndaşa bir milyon maddi ziyan dəyir ancaq Aropa məhkəməsinin çıxartıdığı qərarla həmin vətəndaşa 40-50 min manat kompensasiya verilməsi Azərbaycan hökumətinin üzərinə vəzifə kimi qoyulur. Ola da bilər ki, Avropa məhkəməsinin Azərbaycandan gələn işlərə görə əliyev rejimi ilə iş birliyinə də girir.

islamtimes

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button