ArxivXəbər lentiXəbərlər

İŞİD-dən azad edilən azərbaycanlı uşaqlarla bağlı – AÇIQLAMA

Suriyanın İŞİD-in işğalından azad edilən ərazilərində tapılan azərbaycanlı uşaqlar ölkəmizə qayıtdıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həmin azyaşlıların sosial, psixoloji problemlərinin həllinə yardım edəcək.

Oxu.Az xəbər verir ki, komitədən Trend-ə verilən məlumata görə, hazırda həmin uşaqların ölkəmizə geri qaytarılması üçün aidiyyəti qurumlar iş aparır: “Bu işlər bizim səlahiyyətimizdən kənardır. Bu məsələ ilə təhlükəsizlik qurumları məşğul olur. Lakin o uşaqlar qayıtdıqdan sonra onların ailələrə qaytarılması, doğmalarının tapılmasına yardım edəcəyik”.

Qeyd edək ki, Rusiya KİV-ləri Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın tapılması barədə xəbər vermişdilər. Uşaqlar ata-analarının öldüyünü bildiriblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button