AktualAktualArxivFatimi yaşayişmədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Qafqaz Mədəniyyət Mərkəzinin direktoru: Son Qarabağ müharibəsində İranın mövqei konstruktiv və müdrik idi

Doktor Məhəmmədriza Kəffaş Cəmşid: “Son Qarabağ müharibəsində İranın mövqei konstruktiv, müdrik və düşünülmüş idi.”

Qafqaz Həqiqətləri xəbər verir ki, şənbə günü Qafqaz Mədəniyyət Mərkəzinin evsahibliyi və professorların, politoloqların, beynəlxalq münasibətlər və beynəlxalq hüquq mütəxəssislərinin iştirakı ilə keçirilən “Qarabağ münaqişəsindəki son hadisələrin araşdırılması” elmi konfransda çıxış edən Qafqaz Mədəniyyət Mərkəzinin derektoru doktor Məhəmmədriza Kəffaş Cəmşid Qarabağ münaqişəsi barədə İran və digər ölkələrin, təsirli oyunçuların mövqe və baxışlarını açıqlayıb.

Doktor Kəffaş Cəmşid Türkiyənin bir neçə bölgədəki qarşıdurmalarda, o cümlədən Şimali Afrikada (Liviya) və Şərqi Aralıqda (Suriya), habelə Yunanıstanla ixtilaflı mövzuda dəfələrlə nakam qalmasına toxunaraq deyib: “Türkiyə öz simasını islah etmək üçün yeni cəbhə açmaq ardıncadır və Qarabağ müharibəsində əsas təhrikedici sayılır.

Türkiyə Cənubi Qafqazda öz mövqeini gücləndirməyə və təsbit etməyə çalışır. Amma görəsən Türkiyə siyasi müzakirələrdə rol ifa etmək üçün daxil olmağa icazə ala biləcəkmi?”

Ekspert Qarabağda gedən son döyüşlərdə Minsk qrupunun mövqei barədə deyib: “Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı bütün planları uğursuz olub və heç bir nəticə verməyib. Bu qrupun siyasəti vaxt keçirərək münaqişəni donmuş vəziyyətdə saxlamaqdır.

Hətta Minsk qrupunun bəzi üzvləri də öz müzakirələrinin nəticəsiz qaldığını etiraf edirlər. Bu qrupun fəaliyyətinin zəifləməsi ilə regional yanaşmaların gələcəkdə daha sürətlənməsi gözlənilir.”

Sionist rejiminin Cənubi Qafqaz coğrafiyasından istifadə etməsindəki roluna toxunan doktor Kəffaş deyib: “Sionist rejimin məqsədi İrana zərbə vurmaq, onun qarşısında dayanmaqdır. Ona görə də ölkələri müharibəyə təhrik edir.”

Amerikanın bu münaqişədə görünməyən oyunçu olduğuna toxunan ekspert deyib ki, Amerika bir tərəfdən koronavirusun geniş yayılması, digər tərəfdən də prezident seçkiləri ilə əlbəyaxa olduğundan son hadisələrdə ciddi iştirak edə bilmədi.

O əlavə edib: “Əlbəttə, bu amerikalıların son döyüşlərdən xəbərsiz qalması anlamına deyil, onlar döyüşün nə vaxt başlayacağını dəqiq bilirdilər. Belə ki, müharibənin başlamasından bir neçə gün əvvəl öz vətəndaşlarına xəbərdarlıq etdilər. Amerikanın uzunmüddətli hədəfi həmişə Qarabağ böhranını uzatmaq və onu donmuş vəziyyətdə saxlamaq olmuşdur. Bundan sonra da öz siyasətini bu prinsip üzərində izləyəcək.”

Qafqaz Mədəniyyət Mərkəzinin direktoru daha sonra deyib: “Qarabağ münaqişəsinin əsas oyunçusu Rusiyadır və biz gələcəkdə onun davranış və qərarlarınn təsirini görəcəyik. Hazırda Rusiyanın başı Belarus məsələsinə qatışıb. Üstəlik, ruslar Ermənistan hakimiyyətinin qərb və Amerikaya təmayülündən də xəbərdardırlar və buna o qədər də nikbin deyillər. Belə bir durumda Rusiyanın bir sıra rəsmiləri açıqcasına deyirlər ki, Qarabağ məsələsinin onlara aidiyyatı yoxdur, yalnız Ermənistan torpağı, onun sabitliyi və hakimiyyəti qarşısında öhdəlikləri vardır.

Hər halda ruslar Qafqaz regionunda mühüm və əsas oyunçudur. Hər vaxt istəsələr münaqişəni saxlaya bilərlər. Necə ki, Rusiya prezidenti Putinin dəvəti ilə münaqişənin hər iki tərəfi dərhal Moskvaya getdi və dərhal atəşkəs elan edildi.”

Doktor Kəffaş Cəmşid İranın son döyüşdə mövqeinə də toxunaraq deyib: “İranın mövqei düşünülmüş və müdrikcəsinə idi. İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağın, işğal edilmiş ərazilərin Azərbaycana qaytarlımasını və müharibə köçkünlərinin öz yurdlarına qayıtmasının vacibliyini elan etdi.”

Ekspert Vəliyyi-fəqihin şimal-qərb əyalətləri üzrə təmsilçilərinin, İslami Şura Məclisi nümayəndələrinin, habelə ölkənin siyasi şəxsiyyətlərinin bəyanatlarına da toxunaraq deyib: “Onların mövqeləri çox mühüm və təsirli idi, eləcə də ölkənin önəmli qərarlarının verilməsində bizim üçün düzgün yol göstərdi.”

Mühəqqiq Ərdəbili Universitetinin professoru daha sonra deyib: “Ümumi olaraq, son Qarabağ müharibəsində İranın mövqei konstruktiv, müdrik və düşünülmüş idi. Biz araşdırdıqda görürük ki, İranın mövqei beynəlxalq səviyyədə heç bir irad gətirmir. Çünki beynəlxalq qanunlara (TŞ-nın 4 qətnaməsinə dəstək) uyğun olmuşdur. İran İslam Respublikası haqq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətlə yanaşmağı, işğal edilmiş ərazilərin boşaldılmasını və müharibə köçkünlərinin Qarabağ və digər işğal edilmiş məntəqələrə qayıtmasını istəmişdir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button