ArxivNardaranXəbər lentiXəbərlər

Tale Bağırzadə və 13 nəfər həbs olundu, ölənlər var

Yaralananların olduğu bildirilir

Bu gün Nardaranda baş vermiş olayda Tale Bağırzadə və 13 nəfər həbs olunub. Verilən məlumata görə, polis Əbülfəz Bünyadovun evinə gəlib və olaylar bundan sonra baş verib. Hadisə zamanı 6 nəfərin öldürüldüyü bildirilir. Rəsmi məlumatlara görə, ölənlərin ikisi polis əməkdaşıdır.

Yaralılardan birinin Bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13.00 radələrində qeydə alınıb.

Nardaran olayından sonra digər ruhani Zülfüqar Mikayılzadə də saxlanılıb. Onun evində axtarış aparılıb. Bu haqda ətraflı məlumat verəcəyik.

İslamazeri.az xəbər verirki, bu xəbər dəfələrlə silinmiş və yenilənmişdir.

 

Bu haqda DİN-də rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir: “Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə verilən məlumata görə, müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib. 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button