ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

MBH İH-nin üzvü Fələstindən danışdı

Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü, ilahiyyatçı Elgün Axundov Fələstində baş verənlərlə bağlı fikirlərini Rakurs.tv ilə bölüşüb:

“Günlərdir Fələstində davam edən zülm və qətl bir müsəlman, bir azərbaycanlı və ən əsası bir ruhani kimi məni də narahat etməkdədir.
Bir müsəlman kimi ona görə ki, əziz Peyğəmbərimiz (s) buyurmuşdur: “Hər kəs müsəlmanların işləri ilə maraqlanmayıb əhəmiyyətsiz yanaşarsa, bizdən deyildir”.
Bir azərbaycanlı kimi ona görə deyirəm ki, bu zülm və qətllərlə bir xalq olaraq biz də tanışıq. Fələstinin İsrail kimi zalım qatil düşməni var, bizim də Ermənistan kimi düşmənimiz var. Fələstinin Qəzzası var, bizim də Xocalımız, Gəncəmiz, Bərdəmiz olmuşdur.
Bir ruhani kimi ona görə deyirəm ki, Məsumlarımızın hədislərində buyurulur: “Alimlər Peyğəmbərlərin varisləridirlər”. Buna əsasən Peyğəmbərlər cəmiyyətdə baş verən bu zülm və qətllərə narahat olurdularsa, biz də olmalıyıq.
Biz bir vətəndaş kimi Xocalı, Gəncə, Bərdə hadisələrinə necə narahat olmuşuqsa, bir müsəlman kimi Fələstində, Qüdsdə baş verənlərə də narahat olmalıyıq.
Biz şəhadət məktəbi olan və şəhid verən xalqlara diqqət etsək, istər öz cəmiyyətimiz olsun, istər Fələstin xalqı, istərsə də digər xalqlar birmənalı olaraq şəhid verməklə əsarətdən azad olmuşlar. Bu, bir daha bizə yaxın keçmişdə baş verən 44 günlük müharibədə sübut oldu.
Allah Fələstin xalqına və onlara dəstək olanlara sabitqədəmlik nəsib etsin”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button