ArxivIslamXəbər lentiXəbərlər

“İran raketlərin bizə ölüm gətirdiyini bilirdik, bilmədiyimiz yeganə şey o idi ki…”

Cari ilin 7 yanvar tarixində İranın İraqdakı ABŞ hərbi bazasına endirdiyi raket zərbələri və bu zərbələrin ABŞ ordusunda yol açdığı itkilərlə bağlı yeni təfərrüatlar məlum olub.

Moderator xəbər verir ki, ABŞ mediasına açıqlama verən polkovnik-leytenant Tomas Kampbell bu raketlərin amerikan ordusunda böyük qorxu və psixoloji sarsıntıya yol açdığını etiraf edib. Həmin vaxt sözügedən bazada xidmətdə olan Tomas Kampbell vurğulayıb ki, İranın bazanı raket zərbəsinə tutacağı ehtimal edilsə də, onları narahat edən digər məqamlar da olub.

Amerikalı zabit bununla bağlı aşağıdakıları qeyd edib:

“Biz bu raketlərin ölüm gətirəcəyini bilirdik. Bilmədiyimiz yeganə şey onun necə bir ölüm olacağı idi: kimyəvi, bakterioloji, yoxsa başqa bir ölüm…”

Tomas Kampbell həmin vaxt yalnız onun deyil, tabeçiliyindəki hərbçilərin də özlərini son dərəcə çarəsiz hiss etdiklərini bildirib. O, qeyd edib ki, İran raketlərinin ABŞ ordusuna vurduğu psixoloji zərbə daha böyük olub.

Rəsmi məlumatlara görə, raket zərbələri nəticəsində 110 amerikalı əsgər travmatik beyin xəsarəti alıb. Lakin bu rəqəm, habelə itki və dağıntılarla bağlı səsləndirilən rəsmi məlumatlar ABŞ ictimai rəyində heç də birmənalı qarşılanmır. Bəzi vətəndaşlar və ekspertlər hesab edir ki, Pentaqonun itkilərlə bağlı siyahıya dəfələrlə müdaxilə etməsi, oradakı rəqəmlərin sayını artırıb-azaltması rəsmi Vaşinqtonun xalqdan əsl həqiqətləri gizlətməsi şübhəsini yaradır.

Məlumat üçün qeyd edək ki, İran tərəfi bu raket zərbəsini general Qasım Süleymaninin şəhid edilməsinə bir yüngül sili olaraq gerçəkləşdirdiyini açıqlamışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button