AktualAktualArxivXəbər lentiXəbərlər

Qafqazda şiəliyin möhkəmlənməsində Adil Mövlayinin əvəzsiz xidməti olmuşdur

Qafqazda şiəliyin möhkəmlənməsində Adil Mövlayinin əvəzsiz xidməti olmuşdur
İranın Müasir Tarixinin Araşdırılması İnstitutunun direktoru doktor Musa Həqqani höccətül-islam vəl-müslimin Şeyx Adil Mövlayinin vəfatının birinci ildönümü münasibətilə keçirilən anım mərasimində deyib: “Bu böyük alimin bərəkətli vücudu bütün sahələrdə çox dəyərli idi. Xalqın bütün sinifləri arasında onun yüksək hörməti var idi”.
Ustad Adil Mövlayinin həm Quran hafizi, həm də Quran təfsirçisi olmasının onun daxili coşğunluq və yaradıcılığından irəli gəldiyini diqqətə çəkən direktor deyib: “Onun elmi təlaşının səmərələrindən biri də Qafqaz alimlərinin tarixini toplamaq oldu. Bu ədəbi və elmi şah əsər Qafqazı və onun tarixini tanıtdırır”.
Höccətül-islam Mövlayinin önəmli məqsədlərindən birinin elmi və tədqiqi işlərində kimliyə dəyər verilməsi olduğunu vurğulayan doktor Həqqani əlavə edib: “O, Qum və Ərdəbildə gördüyü dəyərli işləri Qafqaz məntəqəsi üçün də etdi, bu məntəqədə müqavimət mədəniyyətinin oyanışını və Qafqaz alimlərinin islami cihad və təlaşlarını bütün dünyaya tanıtdı”.
Beynəlxalq Mədəni Araşdırmalar İnstitutunun rəhbəri deyib: “Qafqaz alimlərinin 210 illik tarixinin araşdırılması göstərdi ki, bu məntəqənin alimlərinin çoxu dünya imperializmi və onların ateizm inancları ilə mübarizə etmişlər. Bu tarix illər boyu ötrülü qalmışdı və mərhum Adil Mövlayi ətraflı və dini əsər formasında Qafqaz alimlərinin həyatını araşdırsdı. Ondan qabaq heç kəs bu mövzuya toxunmamışdı”.
O, daha sonra deyib: “Bəşəriyyətin həyatının həqiqəti üç hissədən ibarət bir cümlədə xülasə olur və o da budur ki, insan haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini bilməlidir. Kamil bir insan bu mövzuda fikirləşsə, şübhəsiz, Allahın əmrinə itaət yolunda uğur qazanacaq. Ustad Mövlayi bütün gücü ilə ömrünün əvvəlindən sonuna kimi bu yolda addımladı”.
Doktor Həqqani mərhum Mövlayinin çar imperiyasının və kommunistlərin şiə alimlərinə etdikləri zülmləri üzə çıxamasına da toxunaraq vurğulayıb: “Təhrifin qarşısını, xüsusilə də alimlər barədə tarix təhrifinin qarşısını almaq üçün möhkəm addımlar atdı. Ancaq bir sıra işlərin tamamlanmasına ömrü macal vermədi. Bu işlər digər tədqiqatçılar tərəfindən davam etdirilməlidir. Çünki bu cənab Mövlayinin istəyi idi”.
Adil Mövlayinin Qafqazda şiəliyi möhkəmləndirməsində əvəzedilməz xidmətləri olduğunu bildirən doktor Həqqani əlavə edib: “Onun dəyərli tədqiqləri Qafqazda şiə alimlərinin kimliyinin sənədidir. Höccətül-islam vəl-müslimin Mövlayi ətraflı və kamil surətdə kimliyi məna edərək bu böyük kəlmələrə çevirdi. Bu günləri biz Ərdəbil diyarının belə bir rəbbani alimin zəhmət və nailiyyətləri sayəsində iftixar edirik ki, belə alimlər yetişdirən diyarda yaşayırıq”.
Mərasimin davamında hövzə və universitet ustadı, Ərdəbil, Nir və Nəmir əhalisinin İslami Şura Məclisində nümayəndəsi Ayətullah Mirtəqi Qazipur çıxış edərək deyib: “Cənab Adil Mövlayi doğrudan adil idi. Mən onu tanıdığım zamandan ondan ədalətsiz bir iş görmədim”.
Ayətullah Mirtəqi mərhum Mövlayinin xüsusiyyələtinə, o cümlədən sadəlik, gözəl əxlaq və gülərüz olmasına işarə edərək vurğulayıb: “Adil Mövlayi ruhanilik libasını geyəndə mərhum Ayətullah Mürəvvicə dedim ki, Adilin simasında ədalət görünür”.
Ayətullah, Adil Mövlayinin seyidlərə yüksək hörmətindən də söz açaraq deyib: “Mövlayi həmişə həsrətlə deyirdi ki, kaş məndə Fatimə (s.ə) övladı olurdum və seyidlik iftixarı mənə də nəsib olurdu.
Onun Əhli-Beytin anası həzrət Fatiməyə (s.ə) qəlbinin məhəbbətlə dolu olması məsum imamların (ə) ona diqqət və inayətindən qaynaqlanırdı. Mövlayi istedadlı bir tələbə idi. Eləcə də davam etdi, çox zəkalı, mövzunu dəqiq izləyən, cavabı kamil surətdə tapmayınca məsələdən əl çəkməyən bir alim oldu”-deyə Ayətullah vurğulayıb.

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b0%db%b2%db%b2%db%b1%db%b7

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b1%db%b3%db%b1%db%b3%db%b9

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b1%db%b3%db%b1%db%b4%db%b1

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b1%db%b5%db%b5%db%b4%db%b0

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b1%db%b5%db%b9%db%b4%db%b9

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b1%db%b5%db%b5%db%b4%db%b5

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b2%db%b0%db%b0%db%b2%db%b1

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b2%db%b0%db%b2%db%b1%db%b0

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b2%db%b0%db%b2%db%b2%db%b6

%db%b2%db%b0%db%b1%db%b6%db%b1%db%b0%db%b2%db%b7_%db%b1%db%b0%db%b4%db%b4%db%b2%db%b6


Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button