AktualAktualArxivXəbər lentiXəbərlər

Waşinqton Post: Azərbaycan dövləti taptalayır, Leydi Qaqa kartı!

Amerikanın Waşinqton Post qəzeti bir məqalədə yazmışdır: Azərbaycan respublikasında siyasi dustaqların əzab çəkdiyi bir şəraitdə Amerika müğənnisi və senat nümayəndələri diktaturdan pul alırlar.

Qafqaz mədəniyyət mərkəzinin raportuna görə həmin qəzet yazıçılar heyətinin imzası ilə dərc etdiyi bir məqalədə yazmışdır: Leydi Qaqa 12 İyun tarixində Avropa 2015 oyunlarının Bakıdakı açılış mərasimində 10 dəqiqəlik təsəvvür et musiqisinin icrası qarşılığında Azərbaycan dövlətindən 2 milyon dollar pul almışdır. Qəzet sonra yazmışdır: indi isə insan hüququnun müdafiəçisi Leyla Yunusun və həyat yoldaşının həbsxanadakı vəziyyətini təsəvvür edin.

Onlar susmaq üçün bir ildir ki, dustaqdırlar. Qəzet artırmışdır: 59 yaşlı Leyla Yunus insan hüququnun müdafiəçisidir. 60 yaşlı Arif Yunus isə tarixçidir. Onlar vergidən yayınmaq və vətənə xəyanətdə ittiham edilmişlər.

Hər ikisi xəstədir və həbsxanada müalicə olmamışlar. Uaşinqton Post onların Bakının ağır cinayətlər məhkəməsində mühakimə olduqlarına və prokrorun Leyla Yunusa 11 il, Arifə isə 9 il həbs cəzası istəməsinə işarə edərək onu ədalətli məhkəmənin gülünc təqlidi kimi qiymətləndirmişdir.

Qəzet Azərbaycan dövlətinin müxalifləri taptalamasının intensivləşməsilə eyni halda Amerika müğənnisinin Avropa oyunlarının açılış mərasimində 2 milyon dollar qanarar almasını və senat üzvlərinin Azərbaycan respublikası neft şirkətinin hesabına Bakıya səfər edib hədiyyə almalarını tənqid etmişdir.

Qəzet yazmışdır: …. Cənabları elə davranır ki, guya insan hüququ və söz azadlığı boş şeylərdir.

Lakin bir sualın cavabı qalır, Azərbaycan respublikasından kənarda belə bir vəziyyətin yaranmasına kim zəmin yaratmışdır?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button