Islam

Yalnız “mən” deyil, “biz” düşünənlərdən olaq

Ümmət eyni hədəfə doğru yol alan insan birliyidir. Müsəlmanlar tək bir ümmətdir. Bizim kitabımız eyni, Peyğəmbərimiz eyni, Rəbbimiz eyni, hədəfimiz eynidir. Başqa ifadə ilə desək “biz bir ailəyik” . Ailə, bir-birlərini qoruyar, nəzarət edər və lazım olsa bir-birləri uğruna fədakarlıq edərlər.

Möminlər qardaşdırlar, bir-birlərinə inanc bağıyla bağlı din qardaşlarıdırlar. Bu qardaşlığın arasına heç bir sərhəd qoyula bilməz, bir –birindən qopa bilməz. Biri zərər çəkərsə mütləq digərinə də təsiri olar.

Hal-hazırda İslam düşmənləri müsəlmanlar arasında fitnə toxumları səpirlər. Onlar, Müsəlmanların birləşib , meydana gətirəcəkləri gücdən qorxduqları üçün hər vasitəylə araya ayrılıq salmağa çalışıblar. İxtilafa səbəb olacaq mövzulardan istifadə etmişlər və hələdə etməkdədirlər . Müsəlman arasında qarışıqlıq yaransın deyə , məzhəblərdən istifadə etmişlər.

Anacaq, nə qədər ayrılıq yaratmağa çalışsalarda qaçılmaz bir

” İslam düşmənlərinin hər zaman məzhəblərdən istifadə etmələri onlara xeyir vermiş. İslamın daha güclü olmasının qarşısını məzhəb ayrılığı ilə azaltmışlar. Məzhəblərin olması bir problem yaratmasa da, aradakı bəzi fərqliliklər İslam düşmənlərini xeyrinə olmuşdur və onlar bu fərqlilikdən yaralanmışlar. “

fakt varki, o da, müsəlmana vacib buyrulan əməl, Həcc ziyarətidir. Məzhəbindən asılı olmayaraq şiyə və sünni bir məqsədlə Kəbə ətrafına toplanar. Həccin bir məqsədi də müsəlmanlara vəhdəti xatırladır. Burdan görünür ki, müsəlman nə olursa olsun lazımı məqamda bir yerə toplanır.

Müsəlmanlar aralarında yaranan fitnəyə qarşı bir olmalıdır. Fitnəkarların məqsədi İslami vəhdətə mane olmaqdır. Bu hallara qarşı çıxmaq isə İslami vəhdətdir.

Bir az diqqətli düşünsək anlayarıq ki, bu gün İslam dini artıq düşmənlərini qorxuya salıb. Hardasa bir keşişin Qurani Kərimi yandırması, və yaxud da öz sənətini adiləşdirib bir memarın müsəlman heykəlini yaratmaqla, müsəlmana zərər deyil, bu hərəkəti ilə öz qorxaqlığını sübut etməsidir. Bununla sübut edirlər ki, İslama gücləri yetmir və düşmən özü təlaş içindədir. Ancaq, müsəlmanlar nəinki hansısa bir dini təhqir etmək , əvəzində başqa dinlərə hörmətlə yanaşıblar.

Hazırda dünyanın hər yerində zülmə məruz qalan müsəlmanlarımız var. Hardasa bir müsəlman zülmkar əsarəti altında olanda ilk anda düşünmürük ki, hansı məzhəbdi əksinə düşünmədən təsirlənirik. Artıq sadəcə təsirlənmək deyil, biz bu zamanlarda bir olmalı və İslam dinin bayrağı altında birləşməliyik. Müsəlmanların şərəfli müqavimətlərinə hər kəsin əlindən gələn qədər dəstəyi olmalıdır. Şeytan və onun dostlarına qarşı İslami vəhdətin müvəffəqiyyəti , gücü göstərilməlidir.

Bizlər Ümmət olduğumuzu, qardaş olduğumuzu unutmamalı və İslami vəhdətin meydana gəlməsi üçün çalışmalıyıq. Parçalanıb ayrılmamalı , bir olmalıyıq. Yalnız döyüş meydanında deyil , hər sahədə birləşməliyik. Hədəfimiz yalnız İslam düşmənləri olmalıdır. Şüarımız isə “İslam düşmənlərinə lənət” olmalıdır.

Allah bizlərə İslami vəhdət içində yaşamağı nəsib etsin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button