ArxivXəbər lentiXəbərlər

Rusiyada 3 fəal barəsində həbs edilib

İyulun 27-də saxlanmış onlarla etirazçı ya cərimələnib, ya da həbs olunub. Onlar icazəsiz aksiyanın təşkilində, yaxud onda iştirakda ittiham olunublar. Yürüşlər Moskva şəhər Dumasına 8 sentyabr seçkisinə müstəqil və müxalifət namizədlərinin qeydə alınmamasına etiraz olaraq keçirilib.
Avqustun 5-də Presnensky rayon məhkəməsi Sergei Abanichev, Daniil Konon və Vladislav Barabanov barəsində sentyabrın 27-dək həbs qətimkan tədbiri seçib.
“Kütləvi iğtişaşlarda iştirakda” suçlanan fəallar ittihamı rədd edirlər.
Ötən həftə altı fəal barəsində eyni ittihamla iki aylıq həbs qətimkan tədbiri seçilib. Fəallardan ikisinə polisə hücum ittihamı da irəli sürülüb.
Təqsirləri sübuta yetirilsə, fəalları səkkiz ilədək həbsə məhkum edilə bilərlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button