ArxivXəbər lentiXəbərlər

“Milli Şuranın qərarı Müsavatın aksiyasına mənfi təsir göstərəcək”

“Biz birliklə bağlı əlimizdən gələni etsək də, təəssüflər olsun ki, bunun qarşılığını görmürük. Müsavata qarşı aparılan kampaniya, Müsavatı aşağılamaq istəkləri alınmır. Çünki cəmiyyət Müsavatı tanıyır”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Nüşabə Sadıqlı deyib.

O, Milli Şuranın Müsavat Partiyasından bir gün öncə mitinq təyin etməsinə də münasibət bildirib. Onun sözlərinə görə, bu qərar insanlarda çaşqınlıq yarada bilər: “Cəmiyyət görür ki, Müsavat birliyə can atan siyasi partiyadır. Bundan ötrü də əlimizdən gələn hər şeyi edirik. Bir siyasətçinin ən böyük uğuru odur ki, şəxsi mənafeyini millətin mənafeyindən üstün tutmasın. Müsavat da bu cür partiyadır. Milli Şuranın Müsavatdan bir gün öncəyə mitinq təyin etməsi insanlarda çaşqınlıq yarada bilər. Məsələn, biz kiməsə deyəndə ki, mitinq sentyabrın on səkkizində keçiriləcək, deyirlər yox, sentyabrın on yeddisində olacaq. Çünki sonuncu mitinqdə elan olundu. Təbiidir ki, bu çaşqınlıq Müsavatın mitinqinə mənfi təsir göstərəcək”.

Xatırladaq ki, Müsavat Partiyası və Milli Şuranın mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button