ArxivQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

DİN başçısına görə döyən polis deyil, gözləmək lazımdır…!!!??

Azərbaycan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənənyarlı DİN başçısı, general-polkovnik Vilayət Eyvazovla görüşüblər.

Səidə Qocamanlı Turana verdiyi açıqlamada görüş barədə deyib: “Görüşdə insan hüquqları ilə bağlı bizdə narahatlıq doğuran bir sıra məsələləri müzakirə etdik. Əlbəttə ki, Tofiq Yaqublunun məsələsi, dekabrın 1-də aksiyada saxlanıldıqdan sonra onun vəziyyəti diqqət mərkəzində olub”, deyə Qocamanlı qeyd edib.

DİN başçısı polis əməkdaşları tərəfindən Yaqubluya qarşı zorakılığa yol verilməsi ehtimalını istisna edib, bununla belə, müxalifətçinin şikayətinin prokurorluq orqanları tərəfindən araşdırıldığını və nəticələri gözləməli olduğumuzu qeyd edib, deyə Qocamanlı bildirib.

Dekbarın 1-də “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan keçmiş siyasi məhbus Tofiq Yaqublunun döyülməsi ictimai siyasi fəallar, hüquq müdafiəçiləri, partiya rəhbərləri, jurnalistlər və siyasətçilər tərəfindən tənqidlə qarşılanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button