ArxivXəbər lentiXəbərlər

İranlı deputat: “Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmalıdır”

“Ermənistan ordusu işğal altında olan Azərbaycan ərazilərini tərk etməlidir”.

 Bunu APA-ya İran İslam Şurası Məclisinin Urmiyadan olan üzvü Nadir Qazipur deyib. O bildirib ki, Azərbaycan müstəqil ölkədir və Ermənistan bu ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması qəbuledilməzdir, buna son verilməlidir. Hər iki ölkə  bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.

 N. Qazipur deyib ki,  İran hər iki ölkə ilə qonşudur və əlaqələri var: “İran danışıqlara qatıla və münaqişənin həllinə yardım edə bilər. Müharibə problemin həlli deyil”.

 Ermənilərin atdığı bir neçə  top mərmisinin Şərqi Azərbaycan ərazisinə düşməsinə münasibət bildirən N. Qazipur deyib ki, İran qeyri-sabitliyin və təhlükənin ərazisinə  keçməsinə icazə verməyəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button