ArxivXəbər lentiXəbərlər

ABŞ səfirliyi qarşısında baş tutan aksiyanın təşkilatçısı danışıb – Video Müsahibə

 “Marifçiliyə  Dəvət” ictimai Birliyin təşkilatçılığı ilə ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Bu barədə Hədəf14.az-a İctimai birliyin sədri ilahiyyatçı hacı Elçin Manafov məlumat verib.

Onlarla inanclı şəxsin keçirdiyi  etiraz aksiyasının məqsədi Trampın bir neçə gün əvvəl Qüdsü  İsrailin paytaxtı elan etməsi olub. Etirazçılar bu qərarın yalnış olduğunu və bununla qətiyyən razılaşmadıqlarını bildiriblər. Onlar “Rədd olsun Amerika”, “Məhv olsun İsrail”  “Trampa lənət olsun” “Qarabağa və Qüdsə azadlıq” kimi şüarlar  səsləndiriblər.

Təşkilatçı hacı Elçin Manafov  aksiya ilə bağlı öz təəsüratlarını bölüşüb. O bildirib ki, aksiyanın  məqsədi Trampın məlum  Qüds qərarı ilə bağlıdır. “Hər bir müsəlman kimi bizim də borcumuz bu qərara qəti etirazımızı bildirmək idi. Bu gün də ABŞ səfirliyi qarşısında bütün müsəlmanları qıcıqlandıran bu qərara etiraz etməyə gəldik.  Heç bir polis müdaxiləsi olmadan aksiyamız instendsiz başa çatdı”.

Xatun Etibarqızı

Hədəf14.az üçün

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button