ArxivIslamXəbər lentiXəbərlər

Heydər Əliyevin Aşura günü mərasimində tarixi çıxışı (20 iyun 1994-cü il)

Mərhum prezident Heydər Əliyevin  Təzəpir məscidində 20 iyun 1994-cü il tarixli çıxışı:
Əziz bacılar və qardaşlar, əziz müsəlmanlar!Müsəlman aləmində faciəli, müqəddəs bir günün əziz xatirəsi qeyd olunur. Bu gün həzrət Məhəmməd peyğəmbərin nəvəsi həzrət İmam Hüseynin qətlə yetirildiyi gündür. Biz ulu babalarımızın Vətən, torpaq, haqq, ədalət yolunda şəhid olduğu günü yad edirik. Bu münasibətlə mən bütün Azərbaycan müsəlmanlarına dərin hüznlə başsağlığı verirəm.
Bütün müsəlmanlar, o cümlədən biz azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra da Qurani-Şərifin, həzrət Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş həzrət İmam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq.
İndi Vətənimiz faciəli bir dövr keçirir. Yağı düşmən torpaqlarımıza hücum edir. Azərbaycanın cəsarətli oğulları Vətənimizi müdafiə edir və bu yolda həzrət İmam Hüseyn kimi şəhid olurlar. Biz Vətən, torpaq, din yolunda canından keçmiş bütün şəhidlərin şücaəti qarşısında Kərbəla müsibətilə əlaqədar keçirilən bu mərasimdə bir daha baş əyir, onların xatirəsini qəlbimizdə daim yaşatmağa söz veririk.
Allah dünyasını dəyişmişlərin hamısına rəhmət eləsin. Biz qətlə yetirilmiş imam Hüseynin və onun silahdaşlarının xatirəsi önündə baş əyirik. Əmin olduğumu bildirirəm ki, xalqımız öz milli ənənələrinə, adətlərinə, dininə, məsləkinə həmişə sadiq qalacaqdır. Allah bu ağır günlərdə xalqımıza səbir versin. Allah doğma Azərbaycanımızı xoşbəxt etsin!
xacmazmescidi.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button