ArxivXəbər lentiXəbərlər

Sepah generalı İran neftinin ixracına mane olanlara maraqlı xəbərdarlıq edib

“Bizim neftimizin ixracına mane olsalar, körfəzdən neftin çıxmasına mane olacağıq”

Bunu İran İslam İnqilabının Keşikçilər Korpusunun briqada generalı İsmail Kövsəri deyib.

İsmail Kövsəri vurğualyıb ki, İran neftinin satılmasına qadağa qoyulsa Sepah da regionda neftin ixracına mane olan siyasəti həyata keçirməyə hazır olacaq.

Dünya neftinin 20 faizinin Hormuz boğazından keçdiyini xatırladan Sepah generalı ABŞ-ın hər hansı bir təcavüzkar hərəkətinin mənfi nəticələrlə sonuclanacağını bəyan edib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani də Avropaya səfəri çərçivəsində eyni xəbərdarlığı dilə gətirmişdi.

Həsən Ruhani İsveçrə prezidenti ilə birgə mətbuat konfransı zamanı ABŞ və onun müttəfiqlərinin İran neftinin ixracına mane olmaq cəhdlərinə toxunaraq deyib ki,  “Amerikalılar iddia edir ki, İran neftinin ixracına tam şəkildə mane olacaqlar. Onlar bu sözün mənasını anlamırlar. Çünki bu mənasız bir işdir ki, İran nefti ixrac edilməsin amma digər bölgələrdən neft ixrac edilsin. Əgər siz bu işi edə bilsəniz edin, nəticəsini də görün!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button