Xəbərlər

Dindar fəallar əslində vahiddir

Uğurları əldə etmək üçün gərək dindarlar da ayıq sayıq olsun.

İqtidar öz qara kampaniyasında əl çəkmir, indi də dindarları dindarlara qarşı istifadə etməyə cəhd edir, bunun üçün də seçdiyi dindar fəallardan biri Mehdi Şamillidir. Mehdi Şamilli ilə müsahibəni istədiyi kimi redaktə edib cəmiyyətə çatdıran hakimiyyətin niyyəti bəllidir. Hakimiyyət cəmiyyətə belə təqdim etmək istəyir ki, şiə dindarları arasında parçalanma höküm sürür, Mehdi Şamilli öz təşkilatını yaradır, digər dindarların təşkilatlarına qoşulmur, bildiyi yolla haqq səsini qaldırmaq istəyir. Bir qədər də keçmiş məhbus dindarı öz əqidə yoldaşlarından narazı kimi göstərməyə çalışıb. Düzdür, Mehdi Şamilli yeni bir təşkilatlanma prosesindən bəhs edib, öz mübarizə yolunu da seçib, ancaq bu şiə müsəlmanları arasında nifaq deyil, əksinə, onlar haqq yolunu daha ağıllı aparmaqda qərarlıdır. Bir neçə təşkilatda təmsil olunmaları şiə müsəlmanlarının parçalanması yox, güclərinin, imkanlarının və resurslarının diversifikasiyası kimi başa düşülə bilər. Çünki şiə müsəlmanlarını birləşdirən vahid əqidədir. Niyyətləri eyni olan müsəlmanlar yaxşı bilirlər ki, keçmişdə baş verənlərdən dərs çıxartmaqla nailiyyətlərini gələcəkdə daha asan təmin edə bilərlər. Ona görə fəal dindarların Mehdi Şamilliyə də, hacı Talehə də, Hacı Mövsümə də və digər dindarlara da dəstək verməsi gözləniləndir. Dindar fəallar, xüsusilə gənclər dəqiq anlamalıdırlar ki, qarşılarında olan maneələri yaradan fitnəkarlar çox hiyləgər, zalım, amansız və qəddardırlar. Uğurları əldə etmək üçün gərək dindarlar da ayıq sayıq olsun ki, bunu da hələlik biz möminlərdə görürük.

islamtimes.org

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button