ArxivIslamXəbər lentiXəbərlər

Türkiyədə gəmidə partlayış və yanğın, ölənlər var

 dünən gecə yerli vaxtla 23:30-da  Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan “Petkim” limanında gəmidə partlayış baş verib.

Partlayış yanğına səbəb olub.

Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər müxtəlif xəsarət alıb.

Məlumata əsasən, hadisənin səbəbi hələ məlum deyil.

DHA-nın məlumatına görə, hadisə ilə bağlı Əliağa qubernatoru Erhan Günay deyib: “SOCAR-a aid Petkim Limanında dəmirli gəmidə partlayış səbəbilə yanğın baş verib. Yaralanan 15 italiyalı və 1 rumin vətəndaşı xəstəxanaya çatdırılıb. Qurudan və dənizdən müdaxilə edilən yanğın, nəzarət altına alınıb.”

İzmir Prokurorluğu araşdırmalara başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button