ArxivXəbər lentiXəbərlər

Xanım Zəhra (s.ə) ictimai şəxsiyyət kimi cəmiyyətimizə nümunə ola bilər

Ölkə inanclıları bu günlərdə Xanım Fatimeyi-Zəhranın əyyami günləri münasibətiylə müxtəlif tədbirlər həyata keçirirlər. Bununla əlaqədar FaktXeber.com ölkənin tanınmış ilahiyyatçılarından münasibət öyrənib.

Azərbaycan xalqına bu münasibətlə başsağlığı ərz edən AİP-in sədr əvəzi, ilahiyyatçı İlham Əliyev ilk növbədə Xanım Fatimənin (s.ə) şəxsiyyətinin cəmiyyətə aşılanmalı olduğunu bəyan etdi: «Onun elmi, isməti, həyası, hərəkətləri, davranışları hərtərəfli bir xanım, qadın simvolu kimi həqiqi bir nümunə örnəyi olaraq cəmiyyətdə göstərilməlidir. Ailə saxlamaq baxımından o, necə xanım olub, necə rəftar edib, həyat yoldaşı Həzrət Əli (ə) ilə olan münastəbətləri, övladlarına verdiyi təlim-tərbiyə cəmiyyətə aşılanmalıdır. Əməlləri, hərəkətləri, kəlamları barədə danışılmalıdır. Ancaq təkcə bununla xülasiləşməməlidir. Bu kamil Xanım həm də ictimai bir şəxsiyyət, qadın kimi də cəmiyyətimizə nümunə ola bilər ki, ictimaiyyətdə qadın özünü necə göstərməlidir, necə çıxışlar etməlidir. Bu zəmində də Xanım Zəhranın şəxsiyyəti olduqca geniş miqyasda bizim cəmiyyətimizdə tanıdılmalıdır».

İlahiyyatçı Həzrət Zəhranın (s.ə) şəxsiyyətinin təkcə xanımlar üçün yox, hətta kişilər üçün də nümunə ola biləcək qədər əzəmətli olduğunu vurğuladı: «Bu səbəbdən onun şəxsiyyəti geniş şəkildə həm mütailə olunmalıdır, həm də düzgün, dəqiq cəmiyyətimizə aşılanmalıdır».

Hacı Cavad məscidinin axundu, ruhani Əhliman Rüstəmov da ilk olaraq bu günlərlə əlaqədar Azərbaycan xalqına başsağlı verdi və sözlərinə belə davam etdi: «Xanım Fatimənin (s.ə) anılması, həyatının camaata danışılması, hansı yolu tutması, yaxud Fatimeyi-Zəhra (s.ə) məktəbinin fəlsəfəsi, xüsusən hansı yolda və kimin yolunda şəhadətə yetişməsi kimi məsələlər izah edilərsə, daha yaxşı olar».

İçərişəhər Cümə məscidinin imam-camaatı, DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu bu münasibətlə keçirilən tədbirlərin daha təsirli olması üçün əyyamın mahiyyətini anlamağın, Xanımın (s.ə.) şəxsiyyətini öyrənməyin lazım olduğunu dedi: «Hansı şəraitdə, hansı proseslər baş verdi ki, nəticədə bu faciə baş verd?! Bunlar haqqında öyrənmək, tanıma və mərifəti artırmaq, bilgilənmək və günümüz üçün də ibrətlər götürmək lazımdır. Düşünürəm ki, ən böyük faydası bunda olar».

İlahiyyatçı həmçinin bu şəhadətin iki ehtimal olunan tarixinin ilk  3 günündə və əyyamın son günlərində tədbirlərin keçirilməyinin önəmli oldutunu vurğuladı. Onun sözlərinə görə, bu günlərdə keçirilən əzadarlıq insanların ruhiyyəsində böyük təsirlər qoyur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button