ArxivXəbər lentiXəbərlər

Kəlbəcərin Heyvalı mədənində partlayış baş verib

Ermənilər tərəfindən qanunsuz istismar edilən Kəlbəcər rayonunun Heyvalı kəndindəki dağ mədənində partlayış nəticəsində yanğın baş verib.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən, hərbi qulluqçular və xilasedicilər cəlb edilib.

Yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb. Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyə edildiyi bildirilir. Hələlik ölənlər barədə rəsmi məlumat verilməyib.

O da məlum olub ki, yanğın tam söndürüldükdən və partlayışın fəsadları aradan qaldırıldıqdan sonra əraziyə qondarma rejimin rəhbərliyi gələcək.

Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.(trend)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button