ArxivXəbər lentiXəbərlər

M.Vaizi: Azərbaycan Respublikasının ərazi bütövlüyü İran üçün olduqca önəmlidir

İranın Rabitə və informasiya texnologiyaları naziri və İran-Azərbaycan Müştərək İqtisadi Komissiyasının iranlı həmsədri deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və təhlükəsizliyinin təmini İran üçün olduqca önəmli bir məsələdir.

Mahmud Vaizi Trend xəbər agentliyi ilə xüsusi müsahibədə deyib: İran ilə Azərbaycan arasında gələcək əlaqələr yüksək sürətlə inkişaf edəcək.

Ümid edirəm ki, iki ölkə əlaqələri genişlənəcək və digər qonşu ölkələr üçün bir ülgü olacaqdır.

O, sonra deyib: Hal-hazırda İran-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir və bu, iki ölkə başçılarının siyasi iradələrinin nəticəsidir. Davosda görüşən iki ölkə prezidenti əlaqələrin gələcək inkişafı üçün mühüm qərarlar çıxarıblar. Prezidentlər arasında beş görüş keçirilib. Təkcə cari ildə ki ölkə başçıları və müxtəlif nazirlər arasında 47 qarşılıqlı səfər həyata keçirilib. İran Azərbaycan Respublikasını dost və qardaş ölkə bilir. Bir çox ortaqlıqlar mövcuddur ki, iki ölkəni bir-birinə bağlayır. Ortaq mədəniyyət və tarix də iki ölkə xalqını bir-birinə bağlayır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button