ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran-Türkiyə əməkdaşlıq sənədinin yekunlaşdırılmasına təkid

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin parlamentlərarası birliyinin Fələstin məsələsi və əfqanların islami ölkələrə mühacirəti mövzuları ilə keçirilən yığıncağında iştirak məqsədilə dünən İstanbula daxil olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf bu gün günortaçağı Türkiyə parlamentinin sədri Mustafa Şentopla görüşüb.

Qalibaf bu görüşdə belə deyib: İran dövləti və məclisinin prioriteti qonşu və islami ölkələrlə əməkdaşlığın genişləndirilməsidir. Ümid edirəm ki, yaxın gələcəkdə iki ölkənin strateji razılaşması yekunlaşacaq və İran-Türkiyə əlaqələrinin inkişafı üzrə yol xəritəsi təyin ediləcək, zira şübhəsiz, iki ölkə yaxın ikitərəfli həmkarlıqlarla regional və beynəlxalq olaylarda təsirli rol oynaya biləcəklər.

İranın qanunvericilik orqanının başçısı sonra bildirib ki, regionda iki ölkənin təsirli olmayacağı bir məsələ yoxdur.

Amerikanın İranla düşmənçiliyi və Türkiyəyə qarşı son təzyiqlər İran və Türkiyənin regiondakı təsir gücü və iki ölkənin qüdrəti və yerinin dərkində köklərə malikdir.

Mustafa Şentop da belə söyləyib: Təəssüflə, korona pandemiyasına görə, İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlamentlərarası birliyinin rolu zəifləyib. İslami ölkələrin problemləri barədə ahəngdar tədbirlər və yaxın həmkarlıqla bir daha bu birliyin yerini gücləndirməliyik.

Şentop bəzi ölkələrdə olan, amma azlıq təşkil edən müsəlmanların hüquqları komitəsinin yaradılmasına təkidlə bildirib ki; Fələstin məsələsi daima bizim iş gündəmimizdə durub və regional və beynəlxalq təşkilatlarda onu irəli sürmüşük.

Şentop daha sonra vurğulayıb: İran və Türkiyənin regiondakı yerlərinə və üzləşdiyimiz ortaq problemlərə əsasən, sərhədlərdə təhlükəsizliyin artırılması və terror qrupları ilə mübarizə üçün qabiliyyətlərin birgə formada artırılması iki ölkənin diqqət mərkəzində durmalıdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button