ArxivXəbərlər

Qafqazın ilk anti-gey paradı

georgiarussia-people

Parlamentin cinsi azlıqlarla bağlı qərarı Tbilisi sakinlərini küçələrə tökdü

Gürcüstanda 17 may tarixinin homoseksuallarla bağlı olmasına və ümumiyyətlə, parlamentin bu cinsi azlıqların hüqüqlarının qorunması ilə bağlı qərarına etirazlar təkcə paytaxt küçələrində deyil, həmçinin partlament qarşısında keçirilir. ANS TV-nin məlumatına görə, etiraz edənlər 17 mayın homoseksualların hüquqlarının qorunması tarixi kimi deyil, məhz ailə və saflıq günü kimi qeyd olunmasını tələb edirlər.
Paytaxt Tbilisinin mərkəzinə yığılan yüzlərlə insan Gürcüstan parlamentinin cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı qəbul etdiyi qərara etiraz edib. Əllərində “Gürcüstan parlamenti xalqın utancıdır”, “Gürcüstanda homoseksualizmə yox” kimi şüarlar tutan aksiya iştirakçıları paytaxt küçələrində yürüş keçirdilər.
Tiflis sakini Kaxa Geolidze deyir ki, biz Gürcüstanda homoseksualları istəmirik: “Bu bizim tariximizə xalqımıza yaddır. Onlar ölkədən qovulmalıdır”.
Tiflis sakini Nikolay Qriqoria qeyd edib ki, bİz anti diskriminasiya qanunun əleyhinəyik: “Biz provaslavlar parlamentin qəbul etdiyi qərarı qəbul etmirik. Çünki ailə müqəddəsdir və o, qorunmalıdır”.
Etiraz aksiyası zamanı hər hansısa, insidentin baş verməməsi üçün əraziyə xeyli sayda polis cəlb olunmuşdu. Təxminən 4000-ə yaxın insanın qatıldığı aksiya, paytaxt küçələrində nəqliyyatın hərəkətini də iflic etmişdi. 2 saata yaxın davam edən yürüşdən sonra etirazçılar Sameba kilsəsinə doğru irəlilədilər.
Hazırda aksiyaya qoşulan Tiflis sakinləri Gürcüstanın ən böyük kilsələrindən birinə gələrək dua etməyə hazırlaşırlar.
Kilsədə etiraz edənlərlə birgə dua edən Gürcüstanın patriarxı II İlya hər kəsi cinsi azlıqlara qarşı birlik nümaiş etdirməyə səslədi.
Gürcüstanın patriarxı II İlyanın sözlərinə görə, biz keçmişimizə hörmətlə yanaşmalıyıq: “Biz bu gün körpələrimizi qorumaq üçün bura yığışdıq və burdan başlanan yolda xoşbəxtliyə doğru yürüməliyik. Mən burdan bütün valideynlərə, həmçinin öz ruh övladlarıma demək istəyirəm ki, bu cür yolu azmış insanlarda, Allah qorxusu və Allaha inamı yaratmaq üçün bir olsunlar. Məhz bu halda həmin insanlar və digərləri xoşbəxt ola bilərlər. Gəlin dua edək ki, tanrı Gürcüstanı belə insanlardan qorusun və millətə xoşbəxtlik və firavanlıq bəxş etsin”.
Qeyd edim ki, bir neçə ildi 17 may günü Tbilisidə homoseksualların yürüşü ilə yadda qalır. Ötən il isə cinsi azlıqların keçirdiyi yürüşə etiraz olaraq aksiya edən dindarlarla homoseksuallar arasında insident yaşanmışdı. Bu il isə Gürcüstanda fəaliyyət göstərən “LGTB” təşkilatı yürüşü, müxtəlif kinoteatırlarda, eynicinslilərin nigah bağlamasını dəstəkləyən qısametrajlı filmlərin nümayişi ilə əvəz edib./bugun.az/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button