ArxivXəbər lentiXəbərlər

Jurnalist müəmmalı şəkildə həbs edildi!

Tanınmış jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib.

Jurnalistin həyat yoldaşının Bolgexeber.com-a verdiyi məlumata görə iyunun 30-u günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq axtarış aparmaq adı ilə Fikrət Fərəməzoğluna məxsus Notebook-u götürərək evdən çıxıblar. Jurnalistin həyat yoldaşı həmin şəxslərdən nələr olduğunu soruşanda onlar Fikrət Fərəməzoğlunun həbs edildiyini bildiriblər, lakin həbs olunma səbəbini söyləməyiblər. Fikrət Fərəməzoğlunun həyat yoldaşı həmçinin bildirib ki, həyat yoldaşının həbs olunaraq hara aparılmasını və onun hal-hazırda harada saxlanılması haqda heç bir məlumata malik deyil.

Çalışacağıq ki, yaxın zamanlarda jurnalistin həyat yoldaşından ən son məlumatları və jurnalistin həbs olunma səbəblərini öyrənək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button