Xəbərlər

İmamların dəfn edildiyi Bəqi qəbiristanlığı sökülə bilər

1080132180202422551119015624494496159197

Bu barədə İranın Həcc Təşkilatının Ərəbistandakı İnformasiya bürosunun sədri Höccətül-islam Bərəkət Rezayi bildirib.

Mədinədə Peyğəmbər məscidi ətrafında aparılan genişləndirmə işləri digər tarixi məkanların sökülməsi ilə nəticələnə bilər.
bu barədə İranın Həcc Təşkilatının Ərəbistandakı İnformasiya bürosunun sədri Höccətül-islam Bərəkət Rezayi bildirib.

Səudiyyə Ərəbistanı hökümətinin Mədinədə Peyğəmbər məscidi ərazisində apardığı genişləndirmə işlərindən danışan B.Rezayi bunun digər tarixi məkanlara da şamil ediləcəyindən narahat olduğunu deyib: “Biz Peyğəmbər məscidi ərazisinin genişləndirilməsi planı çərçivəsində Mədinənin digər tarixi məkanlarının da söküləcəyindən narahatıq. Bizim narahatlığımız xüsusilə Bəqi qəbiristanlığının dağıdılacağı ilə bağlıdır. Əvvəllər Səudiyyə Ərəbistanı müqəddəs məkanlarda aparılacaq genişləndirmə işləri barədə digər ölkələrin Həcc Təşkilatlarını xəbərdar edirdi, amma görünür, indi bu ölkə artıq digərlərinin fikirlərini dinləmir.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button