ArxivXəbər lentiXəbərlər

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək

 İyulun 13-də Qazaxıstanın paytaxtı Astanada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçiridiyi brifinq zamanı bildirib.
 
Qazaxıstan XİN-in mətbuat xidmətinin məlumatına əsasən görüşdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin razılaşdırılması, Xəzərdə əməkdaşlığın müxtəlif istiqamətləri, habelə Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıq məsələləri müzakirə ediləcək. 
 
Görüşün yekununda nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə mətbuat konfranısnın keçirilməsi gözlənilir.(APA)
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button