ArxivXəbər lentiXəbərlər

Türkiyənin yeni nazirləri kimlər olacaq? – Siyahı

Türkiyədə noyabrın 1-də baş tutan parlament seçkisində AKP-nin qalib gəlməsindən sonra qurulacaq yeni hökumətdə kimlərin təmsil olunacağı maraqla gözlənilir.

Qafqaz.ir “Habertürk”ə istinadən xəbər verir ki, yeni kabinetdə daha öncədən nazir olmuş şəxslərin təmsil olunacağı iddia edilir.

Əli Babacan, Binəli Yıldırım, Rəcəb Ağdağ, Cəmil Çiçək, Bəşir Atalay, Taner Yıldız, Faruk Çəlik, Cövdət Yılmaz, Lütfi Əlvan, Məhmət Şimşək, Nabi Avcı və Əfqan Ala kimi təcrübəli şəxslərin kabinetə girməsi gözlənilir.

MHP-dən AKP-yə keçən və müvəqqəti hökumətdə baş nazir köməkçisi olan Toğrul Türkeşin vəzifəsini qoruyacağı bildirilir.

Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr kimi ən real namizəd isə İsmət Yıldızdır.

Qeyd edək ki, parlament seçkisində AKP 49,48 faiz səslə qalib gəlib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button