ArxivXəbər lentiXəbərlər

Bakıdan ciddi mesaj: `Putin İttifaqı`na qoşula bilərik

Azərbaycan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ola bilər.

AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalistlərlə görüşü zamanı Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.

`Biz səmərəli birliklərdə iştirak etməyimizi istisna etmirik. İlk növbədə, bu cür təşkilatlarda iştirakımızın mənfi və müsbət tərəflərini təhlil etməliyik. Məsələn, biz Ümumdünya Ticarət Təşkilatında iştirakımızın nə dərəcədə səmərəli olduğunu təhlil edirik. Buna görə, Azərbaycanın Aİİ-də və digər təşkilatlarda iştirakının detallı təhlilini aparmaq lazımdır`, – deyə Həsənova vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button