ArxivXəbər lentiXəbərlər

İran rəsmisi su canlılarının azalması ilə mübarizə üçün Xəzər dənizinin beş sahilyanı dövlətinin birgə hərəkətini vurğulayıb

İran İslam Respublikasının Balıqçılıq Tədqiqatları İnstitutunun direktoru deyib ki, Xəzər dənizinin su canlıları ehtiyatlarının azalması problemindən çıxmağın və bu dənizin ekosistemini xilas etməyin yeganə yolu, beş sahilyanı ölkənin birgə fəaliyyətidir.

“Xəzər Dənizində Su Canlılarının Davamlı Şəkildə Yetişdirilməsi üzrə Beynəlxalq Konfrans”a qatılmaq üçün Bakıya səfər etmiş Mohəmməd Pourkazemi bu sözləri IRNA-nın müxbirinə verdiyi müsahibədə vurğulayıb.

O, deyib: Xəzər dənizi ehtiyatlarının vəziyyətinin bundan artıq pisləşməsinin qarşısını almaq üçün bu dənizin beş ölkəsi arasında birgə əməliyyat proqramının həyata keçirilməsi istiqamətində bir vasitəçi kimi Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı- FAO-nun imkanlarından istifadə etmək olar.

İran İslam Respublikasının Balıqçılıq Tədqiqatları İnstitutunun rəhbəri qeyd edib ki, “Xəzər Dənizində Su Canlılarının Davamlı Şəkildə Yetişdirilməsi üzrə Beynəlxalq Konfrans”nın əsas məqsədi, Xəzər dənizinin su canlıları ehtiyatını, xüsusilə də dənizin beş sahilyanı ölkəsinin birgə ehtiyatlarını qorumaq olub.

“Xəzər Dənizində Su Canlılarının Davamlı Şəkildə Yetişdirilməsi və Bu Dənizin Ekosisteminin Qorunması üzrə Beynəlxalq Konfrans” İran İslam Respublikasının Balıqçılıq Tədqiqatları İnstitutunun direktoru Mohəmməd Pourkazeminin iştirakı ilə Bakıda keçirilib.

Bu beynəlxalq yığıncağın iştirakçıları kürü balıqlarının azalmasının dəlillərini, qeyri-qanuni balıq ovu problemi üzrə həll yollarını və Xəzər dənizində su canlılarının yetişdirilməsinin genişləndirilməsi məsələsini araşdırıblar.

İran İslam Respublikası, Rusiya, Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistan beş xəzəryanı ölkədir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button