ArxivXəbər lentiXəbərlər

Mərhum Sələhşurun filmlərinin Azərbaycanda təsiri

İranın tanınmış rejissoru mərhum Fərəcullah Sələhşurun filmləri Azərbaycan Respublikasında xüsusi rəğbətə malikdir.

Həzrət Yusif (ə) serialı 2009-cu ildən iki il müddətinə İranın Səhər Beynəlxalq Telekanalı və Azərbaycan Respublikasının Space televiziyası vasitəsi ilə azərbaycanca yayımlandı və bu serial insanlara o qədər təsir göstərdi ki, iki il müddətinə uşaqlara qoyulan adların əksəriyyətinin adı Yusif idi.

Azərbaycan Respublikasında tanınmış ekspert İlqar İbrahimoğlu bu əsərin rejissorunun vəfat etməsindən təəssüflənərək deyib: İslam dünyası tanınmış və güclü incəsənət xadimini itirdi.

O əlavə edib: Mərhum Sələhşur sadiq incəsənət xadimi kimi Quran mövzularına öz səviyyəsində yanaşmağın mümkün olduğunu əks etdirdi.

Müxtəlif xalq kütlələri Həzrət Yusif (ə) filmini təsiredici film olaraq xatırlayır və bildirirlər ki, biz onun günortadan sonra yayımı vaxtı filmə baxmaq üçün evə çatmağa tələsirdik. Bu film bizim Həzrət Yusif (ə) barəsində məlumatımızı artırdı və rejissorun gücü o həddə idi ki, izləyici onun o zamanda yaşadığını düşünürdü.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button