Xəbərlər

Azərbaycan ordudusunda namaza – QADAĞA

Müdafiə Nazirliyinin rəsmisi orduda namaza qadağa ilə bağlı mətbuata açıqlaması zamanı insan hüquq və azadlıqlarını məhdudlaşdıran müddəalara yer verib.

Belə ki, nazirlik rəsmisi birmənalı olaraq dini etiqad azadlığının təmin olunmasını təsbit edən konstitusion prinsiplərdən məlumatsızlıq ifadə edərək, “dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir” kimi ibarələrlə namaz qadağasının mövcudluğunu faktiki olaraq təsdiq edib.
DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi bununla bağlı bəyanat yayıb. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun imzaladığı bəyanatda bildirilir: “Müdafiə Nazirliyi rəsmilərinin orduda namaz qadağasının olub-olmamasının izahında dedikləri sözlər – ən azı anlaşılmazlıqdır. Belə ki, nazirlik rəsmisinin izahında dini etiqad və vicdan azadlığının birmənalı təmin olunması, dini etiqadı məhdudlaşdıran heç bir hərəkətin edilməməsi və belə hərəkətin zatən qeyri-qanuni olması barədə heç bir müddəa səslənmədi. İkibaşlı cümlələrlə, şablon ifadələrlə amorf bir fəza yaradıldı ki, bunun nəticəsində nazirliyin namaz qadağasının mümkünlüyünə olan həqiqi münasibəti əsla bilinmədi.
DEVAMM olaraq bəyan edirik ki, istər Müdafiə Nazirliyinin strukturuna aid bölmə və hissələrdə, istərsə də hər hansı bir digər yerdə Azərbaycan Respublikasının Konstitusiyası birbaşa və mütləq təsir qüvvəsinə malikdir və heç bir vəzifəli şəxs bu Əsas Qanundan irəli gələn hüquq və azadlıqları məhdudlaşdıra bilməz.
Eyni zamanda nəzərə almaq lazımdır ki, dini ayinlərin icrasına maneə törətmək – qüvvədə olan qanunvericiliyə görə cinayət tərkibi yaradır. Əlaqədar qurumlara, o cümlədən, hərbi hissələrdə qanunçuluğun təmininə nəzarət edən inzibati qurumlara müraciətlə, göstərilən halları yoxlamaq və müvafiq hüquqi qiyməti vermək üçün müraciət edirik”.
Xatırladaq ki, Müdafiə Nazirliyi azvision.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir. MN rəsmisi eləcə də bildirib ki, “ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır”./Musavat.com/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button