ArxivXəbər lentiXəbərlər

Azərbaycanın ən iri tikinti şirkəti iflasa uğrayıb

Azərbaycanda bir neçə bankın iflasa uğramasının ardınca, bu dəfə bu ölkənin ən iri tikinti şirkəti iflasa uğrayıb.

Modern.az bildirir ki, Azərbaycan İqtisadiyyat Məhkəməsinin ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, “Yeni Həyat” tikinti şirkəti iflasa uğrayıb.

Bu məlumata görə, Azərbaycanın Ali Məhkəməsi şirkətin vəkili tərəfindən təqdim edilən sənədləri araşdırdıqdan sonra, bu şirkətin iflasa uğramasını təsdiq edib.

Neftin qiymətində kəskin ucuzlaşma və Azərbaycan manatının devalvasiyaya uğramasının ardınca ölkə ciddi iqtisadi və ictimai böhran ilə üzləşib. İndiyə kimi bir neçə bank iflasa uğrayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button