Xəbərlər

Rusiyada azərbaycanlılara qarşı nifrətin səbəbləri üzə çıxır

“Milliyyətçilər Moskvada ərzaq məhsullarına azərbaycanlıların nəzarət etməsinə qarşı çıxır”

Zaman keçdikcə Orxan Zeynalova qarşı zorakılığın, ümumiyyətlə azərbaycanlı miqrantlara qarşı nifrətin səbəbləri üzə çıxır. Rusiya rəsmiləri onunla bağlı hadisəni sıradan bir kriminal bir hadisə kimi qiymətləndirsələr də, Moskvadakı milliyyətçi qrupun rəhbəri Aleksandr Belov miqrantlarla bağlı yaranan vəziyyətin başqa səbəblərini açıqlayıb.
Aleksandr Belov bildirib ki, skinxedlər Moskvada miqrantlarla bağlı yaranan kriminal vəziyyətin səbəbini azərbaycanlılarda görmürlər: “Onlar sadəcə ölkələrində miqrantların bu qədər çox olmasına qarşıdırlar və azərbaycanlıların paytaxta idxal olunan ərzaq məhsullarının böyük hissəsinə nəzarət etməsini qəbul edə bilmirlər” .
Milliyətçi qrupun rəhbərinin sözlərinə görə, Azərbaycan diasporu ərzaq məhsullarının paytaxta girişinin 90 %-ni əlində saxlayır: “Bu isə monopoliya deməkdir. Qiymətlər süni olaraq bahalaşdırılır. Bu monopoliya heç kimin xoşuna gəlmir. Ancaq buna qarşı qanuni yollarla mübarizə aparmaq da mümkün deyil. Çünki Azərbaycan diasporunun qanuni bir monopol təşkilatı da yoxdur. Biz azərbaycanlılara aid bu bazalarda qanunsuz miqrant axınına qarşı çıxırıq. Çünkü bütün cinayətləri də bu miqrantlar törədir”.
Rusiyada milliyətçi qruplaşmaların fəallaşmasının arxasında duran səbəblər nədir? Ekspertlər bunu vətəndaşların çoxunun ölkədəki sosial -iqtisadi problemlər və korrupsiyaya qarşı mübarizədə məhz milliyətçi şüarlarlardan istifadə etmək həvəsində görürlər.
“Məsələ burasındadır ki, milliyətçilər həmişə xalqın narazı olduğu şeylərdən istifadə ediblər. İndi də ölkəmizdə qanunsuz miqrantlar və korrupsiyanın artması insanları narahat edir” – deyən ekspert Kirill Kabanovun dediyinə görə, bu da milliyətçilərin dəyirmanına su tökür: “Əlbətdə ki, radikal milliyyətçilərin qarşısının alınması üçün bu problemlərin təcili həll edilməsi lazımdır. Əks halda bu ölkəmizin parçalanması deməkdir”.
Rusiya hökumətinin nümayəndələri isə son hadisələrdən isteriya yaratmağın yanlış olduğunu deyirlər.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Krasin bildirib ki, Moskvada baş verən bu faciəvi hadisədən sonra bir az səbirli və təmkinli olmaq lazımdır: “Başa düşmək lazımdır ki, bizdə milliyyətçilik olmaz, çox millətli bir ölkədə bu mümkün deyil. Ona görə də heç kimin kriminal bir hadisəyə görə hay-küy yaratması doğru deyil”.
Rusiya Dumasının informasiya komitəsinin sədri Aleksey Mitrofanov isə qeyd edir ki, Rusiya ilə ABŞ arasında çox təcili vəziyyətlərdə birbaşa əlaqə üçün okeanın altından xətt çəkilib. Nəyə görə əvvəllər eyni ölkənin tərkibində olan Rusiya və Azərbaycan arasında belə bir qaynar xətt yoxdur. Bu hadisələr göstərdi ki, ölkələrimiz arasında dialoq azlığı var”.
Moskva polisi isə paytaxtdakı iğtişaşların təkrarlanmaması üçün son günlər miqrant və milliyətçilərə qarşı reydləri çoxaldıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button