ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İsrail qüvvələri Nablus şəhərinə hücum edib, ölənlər var

İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində mühasirədə saxladığı Nablus şəhərinə hücum edib. Ölən və yaralananlar var.
Qafqaz,ir Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadən xəbər verir ki, İsrailin hərbi qüvvələri ötən gecə mühasirədə olan Nablusa girməyə cəhd ediblər.
Məlumata görə İsrail qüvvələri şəhərdə olan Fələstinin “Aslanlar Yuvası” hərbi briqadasının üzvlərinə qarşı xüsusi əməliyyat həyata keçirmək istəyiblər ki, bir neçə saatlıq müqavimətdən sonra çəkilməli olublar.
Qeyd edilir ki, İsrailin bu hücumunda azı dörd fələstinli həlak olub və 20-dən çox güllə yarası alıb.
Xatırladaq ki, İsrail qüvvələri ötən bazar günü “Aslanlar Yuvası” hərbi briqadasının liderlərindən olan Tamir əl-Kilaniyə qarşı sui-qəsd həyata keçirdikdən sonra şəhər və ətrafında gərginlik artıb. Habelə İordan çayının qərb sahilində olan Cenin şəhəri də İsrail qüvvələrinin girməkdə çətinlik çəkdikləri yaşayış massividir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button