ArxivXəbər lentiXəbərlər

Azərbaycanda xaricə aviabiletlər 48 faiz bahalaşdı

Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb.

Bu gün Azərbaycanda baş verən milli valyutanın devalvasiyası nəticəsində “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin həyata keçirdiyi aviareyslərə biletlərin qiyməti manat ekvivalentində adekvat səviyyədə bahalaşıb.  AZAL-dan “Report”a bildirilib ki, avro ekvivalentində aviabiletlərin qiyməti dəyişməz qalıb: “Lakin Azərbaycan ərazisində bütün hesablaşmalar milli valyuta ilə həyata keçirilməli olduğundan, biletlərin qiyməti IATA-nın şərtlərinə əsasən, Azərbaycan Mərkəzi Bankının avronun rəsmi məzənnəsinə uyğun ödəniləcək. Ölkə daxilində aviadaşımaların tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir və hazırda əvvəlki qiymətlər dəyişməz qalıb”. 2006-ci ildən başlayaraq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) reqlamentinə əsasən, Azərbaycandan beynəlxalq uçuşları yerinə yetirən aviadaşıyıcıların qiymət siyasəti, bütün qarşılıqlı hesablaşmalar vahid Avropa valyutası – avro ilə həyata keçirilir. Avro ilə hesablaşmalar üzrə bu tələb postsovet məkanının digər ölkələri – Rusiya, Gürcüstan, Belarus və digər ölkələrə də aiddir. Xatırladaq ki, bü gün Azərbaycan manatı son 10 ay ərzində ikinci dəfə devalvasiya olunub. Bununla da milli valyutanın hesabat dövründə ümumi devalvasiyası 98% təşkil edib. Nəticədə bu gün Mərkəzi Bank 1 dolların məzənnəsini 1,55 manat (+47,63%), avronun məzənnəsini isə 1,6850 manat (+47,88%) səviyyəsində müəyyənləşdirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button