ArxivIslamXəbər lentiXəbərlər

Şəfaət günaha yol açırmı?

Fərd şəfaəti bəhanə gətirib nə asanlıqla günah edə bilir, nə də ki şəfaətə tam əmin olur.

Din və imanı bəyənilən möminlər və Allahın razıəəlığını əldə etmiş kəslər qiyamət günü cəhənnəm odunda əbdi olaraq qalmayacaqlar. Allahın şəfaət vədəsi mütləq deyilidr. Onun da şərtləri vardır. Ona görə də, heç kəs bilə bilməz ki,onu günahları şəfaət vasitəsi ilə bağışlanacaqdır. Heç bir kəs də əmin deyildir ki, ömrünün axırına kimi imamınıı qoruyub saxlaya biləcəkdir. Çünki, iman həmişə ucurumun astanasındadır, o süqut edə və məhv ola bilər. Başqa bir tərəfdən də, insanda tövbə etmək, keçmişi təmizləmək ümüdü də vardır. Belə bir insan həmişə qorxu və ümüdün arasında yaşayır. O qorxudan Allaha pərəstiş edir, ümüdünü də Allahın rəhmətindn üzmür. Beləliklə, onun həyatı şəfaətin olacağı və ya olmayacağı kimi iki sualın qarşısında mötəlil şəkildə davam edir.

İkinci bir tərəfdən, İslam dinindəki hüquq və əxlaq normaları, qanun və ehkamlar həm maddi və mənəvi sahələri əhatə və inkişaf etdirir, həm də insanın bütün fərdi və ictimai həyatını öz çətiri altına salır. Qanunu pozanın özünə uyğun cəzası olacaqdır. Bu qanun və cəza prosedurasını qoruyub saxlamaq üçün dövlət təsisi edilir, hakim seçilir ki, qanunun aliliyi qorunsun və o icra edisin. Bundan əlavə, cəmiyyətin üzvlərinə dinimzidə bir- birinə nəzarət etmək, aşağı təbəqədən də olsa yüxarı təbəqəyə yaxşılıqlara əməl etmək və pisliklərdən çəkinməyi diqtə edə bilmək ixtiyar və iqtidarı verilir.

Beləliklə də, şəfaəti bəhanə gətirib fərd nə asanlıqla günah edə bilir, nə dəki şəfaətə tam əmin olur.

Ayətullah Cavadi Amolinin əsərlərindən götürülmüşdür

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button