ArxivXəbər lentiXəbərlər

ANS Televiziyasının yayımı dayandırılıb

ANS Televizyasının və radiosunun yayımı dayandırılıb. Bu barədə APA-ya ANS-dən məlumat daxil olub.

qfqaz.ir/Özəl mənbədən əldə etdiymiz məlumata görə, ANS-in yayımının dayandırılmasına səbəb hazırda ABŞ-da olan Fətullah Gülənin Türkiyə əleyhinə olan müsahibəsinin yayımının qarşısını almaqdır.

Yayımın dayandırılması ilə bağlı qərarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qəbul edib.

Qeyd edək ki, bu gün ANS TV ABŞ-dakı müxbiri Qənirə Ataşovanın Fətullah Gülənlə müsahibəsini yayacağı ilə bağlı anons yayıb. 

Xatırladaq ki, Azərbaycan prezidenti Türkiyədə baş vermiş hadisələri qətiyyətlə pisləyib, bununla bağlı Türkiyə dövlətinə və prezidentinə dəstəyini ifadə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button