ArxivXəbər lentiXəbərlər

Bakıda Azərbaycanın və İranın investisiya imkanları müzakirə olunur

Noyabrın 10-da Bakıda “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və İran arasında mövcud iqtisadi əlaqələr barədə məlumat verən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri (AZPROMO) Rüfət Məmmədov iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb. R.Məmmədov qeyd edib ki, bu, investisiya sahəsində bizim ilk tədbirimizdir. Azərbaycan-İran arasında səmimi dostluq münasibətləri var ki, bu da hər iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açır.

“Azərbaycanda İran investisiyalı 450-yə yaxın şirkət fəaliyyət göstərir. Ticarət əlaqələrimiz bu il daha da genişlənib. İranın investisiya şirkətləri indiyədək Azərbaycana 1,2 milyard dollar sərmayə yatırıb. Bunun 145 milyonu qeyri-neft sektoruna yönəldilib”, – deyə R.Məmmədov diqqətə çatdırıb.

İranın İnvestisiya, İqtisadi və Texniki Yardım Təşkilatının (OIETAI) Xarici İnvestisiyalar Departamentinin direktor müavini Əkbər Qəhrəmani bugünkü tədbirin ölkələrimiz arasında əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button