ArxivNardaranXəbər lentiXəbərlər

Nardaran hadisələri ilə bağlı məhkəmə davam edib

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib…

APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əli Hüseynovun vəkili Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində yaranan problemlərlə bağlı onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Sonra şahidlər ifadə verib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları-Emin Səfərov, Hətəm Əliyev və Elşən Camalov təqsirləndirilən Zülfüqar Mikayılovun saxlanılması epizodu üzrə ifadə veriblər. E. Səfərov qeyd edib ki, Z. Mikayılov saxlanılan zaman üzərində silah olduğunu deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməyib: “Zülfüqar Mikayılovun evinə baxış zamanı ordan 2 qumbara, 2 qumbara alışdırıcısı və Taleh Bağırzadənin müraciət kitabçası tapılıb”.

Z. Mikayılov isə şahidin ifadəsini təkzib edib və mənzilində qumbara olmadığını bildirib.

Proses aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb. Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button