ArxivXəbər lentiXəbərlər

Oktay Əsədov Tehranda İran prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oktay Əsədov İrana iki günlük səfəri çərçivəsində prezident Həsən Ruhani ilə görüşüb. İran prezidenti Həsən Ruhani Milli Məclisin sədri Oktay Əsədov və başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Tərəflər görüş zamanı qarşılıqlı əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Həsən Ruhani iki ölkə arasında əldə edilən anlaşmaların həyata keçirilməsinin sürətləndirilməsini istəyib və ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının vacib olduğunu deyib.
İran prezidenti bildirib ki, son illərdə xoşbəxtçilikdən ikitərəfli əlaqələr inkişaf etməkdə olub və biz Bakı-Tehran əməkdaşlığında yaxınlaşma və səmimiyyət görürük.
Son 5 ildə iki ölkə prezidentlərinin 12 dəfə görüşdüyünü bildirən Həsən Ruhani bu görüşlərin səmərəsinin göz qarşısında olduğunu diqqətə çatdırıb.
Görüş zamanı xəzərin hüquqi statusu, şimal-cənub dəhlizi və region məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Oktay Əsədov bundan öncə iranlı həmkarı Əli Laricani ilə görüşüb. Prezident Ruhani ilə görüşdən sonra o, İranın Milli Təhlükəsizlik Ali Şurasının sədri Əli Şəmxani ilə də görüşəcək.
(Salamnews)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button