ArxivXəbər lentiXəbərlər

İŞİD-in azərbaycanlı əmiri İstanbulda həbs olundu

İŞİD-in Türkiyədəki yüksək rütbəli komandiri Abdulla Abdullayevin nəzarət altına alındığı bildirilib.
Qafqaz.ir-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, dünən İstanbulda terror təşkilatı üzvlərinə qarşı həyata keçirilən əməliyyatda 37 nəfəri xarici vətəndaş olmaqla, 104 nəfər nəzarət altına alınıb.

Məlumatlara görə, xarici vətəndaşlar arasında İŞİD-in Türkiyədəki yüksək rütbəli komandiri Abdulla Abdullayevin də nəzarətə alındığı bildirilib.

İŞİD-in aparıcı liderlərindən sayılan və əslən azərbaycanlı olduğu bildirilən Rusiya vətəndaşı Abdulla Abdullayev, Avropa ölkələri başda olmaqla, dünyanın bir çox ölkəsindən İŞİD-ə qatılmaq üçün Türkiyəyə gələn əcnəbi şəxslərin təşkilatda fəaliyyəti üçün hər cür şərait yaradaraq, onları qarşılayıb, həmçinin, Suriya və İraqdakı terrorçu dəstələrə qoşulmasını təmin edib.

İŞİD-ə qoşulmaq üçün Türkiyəyə daxil olan əcnəbi şəxslərin Çeçenistan və Dağıstan əsilli Rusiya vətəndaşları başda olmaqla, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya kimi Avropa ölkələri ilə yanaşı, bir çox dünya ölkələrindən gəldikləri müəyyən edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button