ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanda siyasi həbslər məsələsi deşifrə olunur – TƏHLİL

Hakimiyyətin hərəkətlərini tənqid etdiklərinə görə keçmiş millət vəkili Nazim Bəydəmirlinin və ardınca tanınmış iqtisadçı alim Qubad İbadoğlunun eybəcər ittihamlarla həbs edilməsi ictimaiyyətdə belə bir təəssürat yaradıb ki, vaxtında siyasi xadimlər saxta ittihamla şərlənən inanclıların həbsinə biganə qalmasaydılar, bəlkə də indiki situasiya yaşanmazdı və hakim rejim bir qədər ehtiyatlı davranardı.
Bununla əlaqədar tanınmış politoloq Ərəstun Oruclu xəbərdarlıq edir ki, dindarlara qarşı kütləvi şərləmələr gələcəkdə başqalarına qarşı da tətbiq oluna bilər.
Onun fikrincə, əgər hüquqların pozulmasından söhbət gedirsə, buna göz yumanların hüquq haqqında danışmağa belə mənəvi haqqı yoxdur, ola da bilməz.
Xatırladaq ki, Meydan TV-nin apardığı araşdırmaya əsasən, inanclı şiələrin həbsi İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda həyata keçirilib və Allah bəndələri İranın casus şəbəkəsinin üzvləri kimi təqdim olunub.
Bəzi hüquq müdafiəçilərinə görə şiəlik inancı və əqidəsinə görə təkcə bu il həbs edilmiş dindarların sayı yüzlərlədir və hətta onların 2 min nəfər olduğu iddia edilir. Sözü gedən şiələrdən bir çoxu saxta ifadələrin alınması üçün işgəncələrə məruz qalıb.
Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdır.
Aprelin əvvəlinə olan məlumata görə, Bakı və rayonlardan həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərə çatıb.
Müsəlman Birliyi Hərəkatının (MBH) məlumatına görə, təşkilatın 27 üzvü həbs son aylarda olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib.
Aprelin 16-da Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayaraq bildirib ki, Azərbaycan-İran arasında münasibətlərin gərginləşməsilə eyni vaxtda Azərbaycanda inanclı vətəndaşların kütləvi şəkildə həbsi, bəzi hallarda həbs edilən şəxslərə işgəncə verilməsi haqda məlumatlardan narahatdır.
Ərəstun Oruclunun isə mövqeyindən aydın olur ki, hədəf yalnız dindar kəsim deyil, bütövlükdə vətəndaş cəmiyyətinə misli görünməmiş təhlükə yaranıb. Həbslərin geniş vüsət alması və “siyasi partiyalar haqqinda qanun”a düzəliş əsasında partiyaların qeydiyyatı kimi məsələlər onu deməyə əsas verir ki, ölkəni müxalif fikirdən təmizləmək istəyirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button