ArxivXəbər lentiXəbərlər

Şah İsmayıl Səfəvi nişanı ilə içki istehsalının inikası.

Neçə gün bundan əvvəl Qafqaz mədəniyyət mərkəzi bir xəbərdə bildirmişdi ki, Azərbaycan respublikasında ispirtli içki emal edən bir fabrik öz məhsullarının birinin qabına Şah İsmayıl Xətainin təsvirini vuraraq satışa buraxmışdır. Bu xəbərin yayılması ilə vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi vəƏrdəbil imamcüməsi ayətüllah Amili həzrətləri Azərbaycan respublikasının bu işinə kəskin əksəməl göstərmiş və cümənamazı xütbələrində bildirmişdi ki, içki şüşələrinə şah İsamyıl Səfəvinin əksinin yapışdırılması İranı və xüsusiləƏrdəbili təhqir etməkdir. O, bu və son zamanlar Azərbaycan tərəfindən şah İsmayıla edilən analoji təhqirlərin səbəbi haqqında demişdir: onlar özlərinə mövhüm tarix saxtalaşdırmaq istiqamətində şah İsmayıl Səfəvini müsadirə etdikdən sonra başa düşdülər ki, əvvəla şah İsmayıl dinçi hökuməti yaratmışdı və dünyəviliklə heç bir əlaqəsi yox idi. Ikincisi, onun təfəkkürü Quran vəəhli-beytəəsaslanırdı. Bunun özü isə millətçiliyə uymur. Üçüncüsü, onlar başa düşmüşlər ki, şah İsmayılın əsas səyi bütöv İran yaratmaq idi. O inanırdı ki, İran torpağından bir qarınc belə ayrılmamalıdır. Buna görə də 7 il ərzində şiə hökuməti əsasında bütöv İran təşkil edə bildi. Bu da İrandan ayrılmağa uyğun gəlmir. İrandan ayrılanlar isə şah İsmayılı tarixin banısı hesab edirlərsə ona uyğun hərəkət etməlidirlər. Ərdəbil imamcüməsinin mövqeyindən sonra bir sıra müəssisələr, qurumlar, elm və təhsil ocaqları bəyanatlar verərək bu xilaf təşəbbüsü məhkum etmiş, şah İsmayıl Səfəvi adından sui- istifadəni tarixi əsaslara və din mədəniyyətinə təhqir kimi qiymətləndirmişlər. Qafqaz mədəniyyət mərkəzi bu bəyaniyyələri öz saytında yayması və Azərbaycan dilinə tərcüməetməsilə Azərbaycan respublikasının saytları da əksəməl göstərmiş və bir sıra yazıçı və şairlər etirazlarını bildirmişlər. Bu arada bəziləri dəayətüllah tərəfindən Azərbaycanın təhqir edilməsi” sərlövhəsiniseçərək turanxeber.azpressaz.infoAxar.az saytlarında ayətüllah Amilinin bəyanatının rəddində yazılar dərc etmişlər. İslaminsesi.ORGCenubNews.ComStrateq.azaztoday.az kimi saytlar həmin xəbəri “İran qurumlarının şah İsmayılın təhqirinə etirazları” başlığıaltında dərce tmişlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button