ArxivXəbərlər

Azərbaycanın biznesmen icra başçıları

Azerbaijan_Map_ADRandAR_Az

Balıq iyi verən partnomenklatura hansı məqsədlərlə formalaşdırılır?

Ötən illərin hadisələri – Quba və İsmayıllı üsyanları, bundan sonra mediada yer alan faktlar onu göstərdi ki, Azərbaycanda icra başçısı dövlət məmuru olmaqdan daha çox biznesmen imiş. Ümumiyyətlə, Azərbaycanın bütün dövlət məmurları biznes adamlarıdır, amma prezidentin şəxsi təmsilçisi olan icra başçılarının da biznes adamları olması son nəticədə Quba sindromunu yaradır. İcra başçısının hansı bizneslə məşğul olması, bunun qanuna uyğunluq dərəcəsi cəhənnəmə, amma biznesmen məmurlar biznes maraqlarına qulluq etdikləri üçün zülm və zillət çəkirlər.
Bəs daha hansı icra başçıları biznes adamları olaraq dövlət qulluğuna daxil olublar? Əslində, elə bir icra başçısı yoxdur ki, rəhbərlik etdiyi rayonu biznes obyekti kimi mənimsəməsin. Amma bioqrafiyasında biznesmen tarixçəsi olan icra başçılarının daha biznesmen olmadıqları heç bir əsas və məntiqlə inkar edilə bilməz.
Hər halda, biznesmen icra başçılarının fəsadlarını bir kənara qoyub onların sırasına nəzər salaq.

Parlayan Yıldızın işığı ilə Şamaxıya

Məmmədov Asif Salaman oğlu- 1962-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1984-cü ildə Ç.Ildırım adına Azərbaycan Politexnik Institutunu mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1979-cu ildə Lerik rayon Mərkəzi kitabxanasında salon müdiri kimi başlamışdır. Sonralar “Əzizbəyovneft” və H.Z.Tağıyev adına NQÇI-lərində iş icraçısı, rəis müavini, rəis vəzifələrində çalışmış, “Kaspi-Yıldız” Azər-Türk MM-də baş direktor, idarə heyətinin sədri, Əzizbəyov rayon Icra Hakimiyyətində RIHB-nın müavini, 2006-cı ildən 21 aprel 2011-ci il tarixədək isə Balakən rayon Icra Hakimiyyətinin başçısı
vəzifəsində işləmişdir. “Kaspi-Yıldız” xalq arasında Kəmaləddin Heydərovun adı ilə bağlanan özəl müəssisədir. Yanğınsöndürmə təsərrüfatı üçün aparatlarla məşğuldur.
21 aprel 2011-ci il tarixdən Şamaxı Rayonu Icra Hakimiyyətinin başçısıdır. YAP-nın üzvüdür.

Bu adamın əmək kitabçası itmişdir

Elxan Zabir oğlu Usubov 1960-cı il may ayının 26-da Mingəçevir şəhərində anadan olmuş, orta təhsilini də orada almışdır. Ixtisasca mühəndis-elektrik və iqtisadçıdır. Onlarla səmərələşdirici və elmi təklifin müəllifidir.
Əmək fəaliyyətinə Şəkidə başlamış, sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur. 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon Icra Hakimiyyətinin başçısı kimi fəaliyyət göstərmişdir.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
IH-nin rəsmi saytında qeyd edilir: “sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur”. Amma buradan dəqiq bilinmir ki, “sonralar” nə deməkdir və nə zaman başa çatır. Görünür, bu “sonralar” başa çatmayıb.

1989-dan 2007-yə qədərki “ozon dəliyi”

Məmmədov Mənsur Həmzə oğlu, 20.04.1965-ci ildə Ucar rayonunun Qazıqumlax kəndində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Politexnik Institutunun mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir. 14 dekabr 2007-ci ildən Göyçay rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Mənsur Məmmədov 2007-ci ilə qədər Zərdabda da icra başçısı vəzifəsində işləyib. Bundan əvvəl deyəsən, avtovağzaldamı, haradasa başqa bir yerdəmi, işləyib. Ondan daha əvvəl isə Moskva bazarlarında ticarət işləri ilə uğraşdığı haqqında söhbətlər var.

Sovet-Türkiyə müəssisələrindən qalan nostalji

Lerik Rayonu Icra Hakimiyyətinin Başçısı Bağırov Rövşən Elmidar oğlu 28.11.1983-cü ildə Əzizbəyov adına Neft-Kimya Institutunu “Əməyin mühafizəsi”ÿixtisası üzrə bitirib. Sonra əsgərlikdən qayıdıb həmin fakültədə laborant, institutda mühasib-filan işləyib. Bir ara komsomolla məşğul olub.
Tale 1991-ci ildə onu “Gənclik” adlı sovet-türk birgə müəssisəsində mühasib vəzifəsinə atıb. Buradan isə “Amal” adlı kiçik müəssisənin baş mühasibi vəzifəsinə keçib. Sonra daha iri maliyyə mərkəzlərində “Yelmarbank”da (1995-96), “Debütbank”da (1994-2003) yarımməsul vəzifələrdə işləyib. Indi Lerikdə icra hakimiyyətinin başçısıdır.

Hislənmiş balıqlardan “Caspian Fish”ə

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov 1961-ciÿ ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı Institutunu bitirib.
31.10.1979 – 22.11.1981-ci illərdə hərbi xidmətdə olub. Əsgərliyə getməmişdən əvvəl 10 ay Azərbaycan SSR Mənzil Kommunal Nazirliyinin Mənzil Kommunal kontorunda əmtəəşünas vəzifəsində çalışıb. Amma əsgərlikdən qayıdandan sonra həmin Nazirliyin Kommunal kontorunda fəhlə kimi işə başlayaraq 3-cü dərəcəli çilingər, əmtəəşünas, iqtisadçı, şöbə rəisi, mühasib, baş mühasib vəzifələrində işləyib. 1991 – 1995-ci illərdə “Ümid” Istehsalat Assosiasiyasının Prezidenti olub. 22.08.1995 – 29.03.2001-ci illərdə H.Z. Tağıyev adına Balıqhisləmə zavodunun direktoru vəzifəsində çalışıb. 03.04.2001 – 30.12.2002-ci illərdə “Caspian Fish” LTD şirkətinin baş direktoru vəzifəsində işləyib.
01.01.2003 -16.02.2006-cı illərdə H. Z. Tağıyev adına Balıqhisləmə zavodunda direktor və idarə heyətinin sədri vəzifələrini icra edib. 06.02.2006 – 18.02.2011-ci illərdə Daşkəsən rayon Icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 18. 02. 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Salyan rayon Icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Onun Salyana icra başçısı qoyulmasının balıq təsərrüfatı ilə əlaqəsi olmaya bilməz.

Əmək kitabçası itmiş daha bir IH başçısı

Xəzər Rayon İcra Hakimiyyətinin Başçısı İslamov Gülağa Bayram oğlu (25.01.1995 tarixindən)
19 dekabr 1948-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir, Poltava kooperasiya Institutunun Əmtəəşünaslıq ixtisasını bitirmişdir. Ailəlidir. Qeyd: IH-nin rəsmi saytında əmək fəaliyyəti ilə bağlı məlumatlar yazılmayan başçıların əmək kitabçalarının itdiyini ehtimal etmək ən kəsə yoldur.

Kafe müdirinin müavini və… icra başçısı

Mahir Hacı oğlu Quliyev, Biləsuvar RIH-nin başçısı 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində “Naxçıvan” universitetinin Inzibati Idarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon Istehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun Ictimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir. 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon Icra Hakimiyyəti Başçısı vəzifəsində işləyir.
YAP-nın bütün qurultaylarında iştirak etmişdir.

Məxfi həyat yolu ilə IH aparatına

İsayev Vidadi İsa oğlu Azərbaycan Respublikası Prezidentinin 03 mart 2011-ci il tarixli sərəncamı ilə Bərdə rayon Icra Hakimiyyətinin başçısı təyin edilmişdir
Bərdə rayonunun strateci əhəmiyyəti nəzərə alaraq bu vaxta qədər keçdiyi həyat yolu məxfi saxlanılır.

Komsomaldan MTN-ə gedən yol

Məlumat üçün bildirək ki, Məmmədov Raqub Allahverdi oğlu 1961-ci il avqust ayının 9-da Ağdam rayonu Xıdırlı kəndində anadan olub. Xıdırlı kənd orta məktəbində oxuyub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olub. Ali təhsilini başa vurduqdan sonar 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi fəaliyyət göstərib. 1986-1987-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Ağdam Rayon Komitəsində İkinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində çalışıb. 1993-2014-çü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanında xidmət edib. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Aqrar məsələlər üzrə mütəxəssis komsomolçunun birdən birə MTN strukturuna necə yol tapması isə müəmmalıdır.

***

Bunlar IH başçılarının bir neçəsi haqqında rəsmi bilgilərdir. Azərbaycanda Dövlət Idarəçilik Akademiyası adlı ali məktəb fəaliyyət göstərir. Hər il oranı çoxlu sayda adamlar bitirir. Amma bizim icra başçıları hələ də Sovet “partşkolası”nı bitirənlər və ya balıq biznesindən başı çıxanlar arasından seçilir. Niyə? Ona görə ki, işlədikləri rayonlarda beş-altı villa özləri, beş-altısını da daha iri “dövlət məmurları” üçün tikib istifadəyə versinlər. Ən azı bu qədər.

11 rayonun rəhbəri barədə maraqlı məlumatlar:

Bakının 11 rayonunun icra başçıları kimlərdir? Onlar hansı peşənin sahibidirlər? Bakını idarə edənlər özləri əslən bakılıdırmı? Bakı rayonlarının icra başçıları haqda maraqlı məlumatları oxuculara təqdim edirik.

***

Paytaxın ən böyük rayonlarından olan Binəqədinin icra başçısı Xaləddin Isgəndərovdur. 1962-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olan icra başçısı 1984-ci ildə Azərbaycan Xalq Təsərrüfatı Institutunun “Əmtəəşünaslıq” fakultəsini bitirib.
O, 2012-ci ildən Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyətinin başçısıdır. Bundan öncə isə Vergilər Nazirliyində yüksək vəzifə tutub. Vergilər naziri Fazil Məmmədovla yaxın qohumdur.

***

Əslən bakılı, Xəzər rayon Icra Hakimiyyətinin başçısı Islamov Gülağa Bayram oğlu 19 dekabr 1948-ci ildə dünyaya gəlib. G.Ismayılov Poltava Kooperasiya Institutunu əmtəəşünaslıq ixtisası üzrə bitirib. 1995-ci ildən indiyədək Bakı şəhəri Xəzər Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Xətai rayonunun icra başçısı Razim Isa oğlu Məmmədovdur. Mətbuatda ara-sıra adı qalmaqalda hallanan icra başçısı 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisyan rayonunun Ağudi kəndində anadan olub. Ilk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1991-ci ildə Moskva Kooperasiya Institutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan Respublikasının prezidenti Ilham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Qaradağın icra başçısı Süleyman Mikayılov da yerli mətbuata tanış məmurlardandır. 1962-ci il aprelin 27-də Naxçıvanda anadan olan icra başçısı bundan öncə Yardımlı və Lənkəran rayonlarında söz sahibi olub.
S.Mikayılov 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Institutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
2010-cu ildən ölkə başçısının sərəncamı ilə Qaradağ Rayon Icra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse-prezidentidir.

***

Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayıb. 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası prezidentinin sərancami ilə Bakı şəhəri Nizami Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2005-ci ilin dekabr ayından isə Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

***

Nəsimi Rayon Icra Hakimiyyətinin başçısı Məhəməliyev Nəsib Məhəmməd oğlu da Bakıdan olmayan icra başçılarındandır. 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrəÿ Kuybışev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri Institutunu, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.
2006-cı il tarixdən Bakı şəhəri Nəsimi Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Nizami Rayon Icra Hakimiyyətinin başçısı Tahir Yaqub oğlu Budaqov da cəmiyyətdə kifayət qədər tanınan şəxsdir. O, 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Tibb Institutunu fərqlənmə diplomu ilə bitirib. 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb. 2009-cu il sentyabr ayının 23-dən Bakı şəhəri Nizami Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Idarə Heyətinin sədridir.

***

Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı Vəliyev Adil Ənvər oğlu 20 aprel 1960-cı ildə Qubadlı rayonunun Əfəndilər kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 2012-ci ilin aprel ayında Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

***

Səbail Rayon Icra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlu 1966-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1989-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu, 2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasını bitirib. Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.ÿ 1996-cı ildən Azərbaycan Respublikası Gənclər, Idman və Turizm Nazirliyində idarə rəisi, Baş idarə rəisi, 2000-2006-cı illərdə Gənclər, Idman və Turizm nazirinin müavini vəzifələrində çalışıb. Azərbaycan Respublikası prezidentinin 15 fevral 2006-cı il tarixli sərəncamı ilə Zaqatala Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2009-cı idən Səbail Rayon Icra Hakimiyyətinin başçısıdır.

***

Ilqar Abbasov Azərbaycan prezidentinin 21 dekabr 2005-ci il tarixli sərəncamı ilə Suraxanı Rayon Icra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib. Bundan əvvəl o, Nərimanov RIH-in başçısı vəzifəsində çalışıb.
Ilqar Abbasov Azərbaycan Inşaat Mühəndisləri Institutunu və Bakı Sosial Idarəetmə və Politologiya Institutunu bitirib.
Müxtəlif tikinti idarələrində çalışıb, sahibkarlıq fəaliyyəti ilə məşğul olub, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir.

***

Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Ibrahim Mehdiyev Ağdaş rayonunda anadan olub. 1969-cu ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya Institutunu bitirib. Əmək fəaliyyətinə 1963-cü ildə başlayan I.Mehdiyev “Azərelektroişıq” zavodunda çilingər, mühəndis-texnoloq, sex rəisi, şöbə rəisi, mexanika-energetika şöbəsinin rəisi, “Elektomaş” Elmi Tədqiqat Institutunda baş elmi işçi, “Azərelektroişıq” Istehsalat Birliyində sex rəisi, Birliyin baş mühəndisi, Elmlər Akademiyası Fizika Institutunun “Kristal” zavodunda istehsalat rəisi, Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru vəzifələrində işləyib. 2000-ci ildən 2006-ci ilədək Xətai Rayon Icra Hakimiyyətinin başçısı olub. 2006-cı ildən indiyə kimi Yasamal Rayon Icra Hakimiyyətinin başçısı vəzifəsində işləyir./dogru.tv/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button