ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Siyasi məhbuslar üzərindən xətt çəkilən əfv sərəncamı

Növbəti əfv sərəncamı siyasi məhbuslar baxımından demək olar ki, gözləntiləri hakimiyyətə olan yaxşı fikirlər ümidi kimi əks olaraq gerçəkləşdi. Əlbəttə, əfv olaraq azadlıq əldə edən hər bir şəxsin bu müstəsna hüququ ehtirama layiqdir və şübhəsiz bu sevindirici haldır. Lakin kateqoriya olaraq həbsdən azad olanları üç hissəyə bölsək, bunlardan adı vətəndaş, siyasi məhbus və siyasi fiqur olaraq əfvin mövcud vəziyyəti bəzi ehtimallar söyləməyə əsas verər.

İlk olaraq öncəki sərəncamlara nisbətən bu dəfə əfv olunanların sayındakı məhdudluq diqqət çəkir. Silsiləvi əfvlərdən fərqli olaraq bu say 213-nəfər olaraq qısaldıldı. Ötən illərin statistik rəqəmləri ilə müqayisədə bu rəqəm dəfələrlə azdır.
İkinci məqam burada yer alan siyasi məhbus adlarıdır. Hər vəchlə əfv komissiyası, Əlməmməd Nuriyevin siyasi məhbusların qeyd olunduğu şəxslər söylədiyi rəqəmləri qabartması da imitasiya xarakteri güdür. Qabardılaraq siyasi məhbuslar sırasında “Gəncə məhbusları” çoxluq təşkil etməsi də təsadüfi deyil. Bunların içindən əlbəttə, siyasi fiqur axtarmaq gülünc olardı. Nəzərə almaq lazımdır ki, Gəncə hadisəsi qurama ssenari olaraq çoxdan planlaşdırılan Gəncədə “təmizləmə” siyasətinin gerçəkləşdiyi ortam idi. Buna görə də polislərin də daxil olduğu öldürülən Gəncə sakinlərinin aradan qaldırılma layihəsini xalqın gözündə böyük göstərmək üçün kütləvi həbslərin gerçəkləşdirilməsi bu gün adını ancaq həbs zamanı eşitdiyiniz bu dinc insanların azadlığı kimi siyahı yaratdı. Əslində onların siyasi fiqur, hakimiyyət üçün maneə olaraq həbsinə göstəriş verilmiş müəyyən şəxslər olduğu o qədər də inandırıcı deyil.
Siyasi fiqurlara gəlincə, bu sırada 3 siyasi partiya mənsubu, 3 nəfərin qeydə alındığı jurnalist və blogerin adı keçməkdədir. Əslində onların özləri də incələnsə bu seçimin də həssaslıqla qəbul olunduğu aydın olar. Amma hər bir halı ilə cəmmiyyətin tanıdığı bu şəxslər “siyasi məhbus” siyahasının ən həqiqi adlnan siyasiləridir.
Bəs görəsən bu sıralamada, əfvin icrasında həssaslıq nədən bu qədər parlaq olaraq özünü göstərdi? Siyasi fiqurların adı üzərindən xətt çəkilməsi hansı həqiqətləri göstərir?
Birmənalı burada üç məqam diqqətə alınmalıdır.
Öncəliklə daxili vəziyyət: İqtisadi və siyasi vəziyyətin gərginləşdiyi ortamda heç bir hakim rejim üçün əlavə güclərin azadlığı arzulanmaz. Bunların hər ikisi-siyasi və iqtisadi gərginlik isə hər ötən gün artdığı Azərbaycan hakimiyyəti üçün yəqin ki, gizlin deyil. Son günlər saxlanılanlara qarşı fiziki, psixoloji, cinci təzyiqlər də bunu söyləməyə əsas verir ki, hakimiyyətdə vəziyyət yetərincə narahatedcidir. Buna görə də o kiçik qığılcıma böyük vulkan kimi reaksiya verir.
İkinci xarici təsirlərdir: Bu təsirlər də iki cür qiymətləndirilməlidir-Azərbaycanı əsarətindən buraxmaq istəməyən Rusiya və Qərbin diktə etməyə çalışdığı demokratiya. Görünür hakimiyyətin bu iki dəstə arasında mövqeyində də xeyli narahatlıqlar müşahidə olunur. Bunu əfvə salınan şəxslərin adları üzərindən çəkilən qırmızı xətlərdə də görmək olar.
Sonuncu üçüncü daha həssas təsir isə hakimiyyətdaxili narahatlıqlardır. Hakimiyyətin daxili çəkişmələri elə hakimiyyətə gələndən xalqın istismarı ilə məşğul olanların bir gün üzləşəcəyi hakimiyyət-məmur nümasibətlərinin üzüzə qoyulmasına gətirib çıxaracaq həqiqət idi. Zamanında xalqın qanına susayanlara susan hakmiyyətin bu gün olduqca ehtiyatlı davranışı yaranan həssas vəziyyətdir. Bir də hakimiyyətdə olub xarici dövlətlərin marağının təmsilçiləri də gözdən yayınmamalıdır.
Bütün bu hallar və əlavə olunmayan bir çox başqa səbəblər bu gün 3 nəfər siyasi fiqurun yer aldığı 213 məhbusun adını əfv sərəncamına gətirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button